AstraZeneca peyvəndi, arxiv şəkli

İspaniya AstraZeneca vaksinindən imtina etdi

16
AstraZeneca-nın qalan peyvənd dozalarını COVAX vasitəsilə (COVID-19-a qlobal əlçatanlıq) üçüncü ölkələrə verəcəklər.

BAKI, 19 iyul - Sputnik. İspaniya Səhiyyə Nazirliyindən bildirilib ki, dövlət daha AstraZeneca vaksini almayacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Cadena SER yazır.

Ölkənin Səhiyyə Nazirliyində qeyd ediblər ki, hazırda vaksin yalnız müxtar icmalara 60 yaşdan yuxarı sakinlərin vaksinasiyasının tamamlanması üçün verilir.

60-69 yaş qrupundakı insanların 78%-i, 70-79 yaş qrupundakıların 97,6%-i, 80 yaşdan yuxarıların isə 100%-i vaksin olunub.

Bundan öncə İspaniyanın 31 milyon AstraZeneca vaksini alacağı güman edilirdi, ancaq yan təsirlər səbəbindən hökumət ondan imtina etməyə qərar verib.

Ölkəyə ümumilikdə 10.3 milyon doza vaksin gətirilib.

AstraZeneca-nın qalan peyvənd dozalarını COVAX vasitəsilə (COVID-19-a qlobal əlçatanlıq) üçüncü ölkələrə verəcəklər.

Bir qədər öncə məlum olub ki, Şimali Koreya da potensial yan təsirlər səbəbindən ÜST-ün COVAX Facility proqramı vasitəsilə alacağı AstraZeneca vaksinindən imtina edib.

Eləcə də oxuyun:

16
Teqlər:
imtina, İspaniya, vaksin, AstraZeneca
Mövzu:
Yeni tip koronavirus pandemiyası (730)
Флаги ОБСЕ

Atəşkəsin pozulmasına beynəlxalq reaksiyalar artır

7848
(Yenilənib 20:39 29.07.2021)
ATƏT-in Minsk Qrupu da Azərbaycan-Ermənistan sərhədindəki son günlər artan gərginliklə əlaqədar bəyanat yayıb.

BAKI, 29 iyul — Sputnik. ATƏT-in Minsk Qrupu Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

APA xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.

Bəyanatda bildirilib ki, həmsədrlər (Fransa -Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Kovayev) Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir. Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır.

"Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırır. Tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün, ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar edirlər.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onun komandasının davamlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyirlər", - bəyanatda bildirilib.

ABŞ Dövlət Departamentinin reaksiyası

Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin artmasını pisləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Ned Prays bildirib.

O bildirib ki, ABŞ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməmək üçün dərhal addımlar ataraq atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır.

"Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik, yalnız həll olunmamış bütün məsələləri əhatə edən hərtərəfli həll yolunun iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyini və bölgə xalqlarının birlikdə sülh şəraitində yaşamasını təmin edə biləcəyini göstərir. ABŞ Ermənistan və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda substantiv müzakirələrə qayıtmağa çağırır", - deyə Ned Prays bildirib.

Moskvanın reaksiyası

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Əfqanıstan, eləcə də Azərbaycanla Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

Putinin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, TŞ katibi Nikolay Patruşev, DİN rəhbəri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, XKX rəhbəri Sergey Narışkin, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

"İclas zamanı iştirakçılar Rusiyanın sosial-iqtisadiu inkişafının cari məsələlərini müzakirə ediblər. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən Əfqanıstanda və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunulub"

Ankaranın reaksiyası

"Ermənistan tərəfindən Azərbaycanın sərhəd rayonlarının atəşə tutulması regionun təhlükəsizliyi üçün təhdiddir. Bunu Türkiyə Parlamentinin sədri Mustafa Şəntop bildirib.

Türkiyə Parlamentinin spikeri hesab edir ki, Ermənistan tərəfindən təxribatlar regional müharibəyə səbəb ola bilər.

Həmçinin oxuyun: 

* MN: Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir

* Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üçün məlumatlar təklif edir

Putin Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətlə bağlı təcili iclas çağırdı

* MN: Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünə razılıq verdi, Ermənistan isə...

* Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? – Arzu Nağıyev şərh edir

7848
Albert Eynşteyn

İlk dəfə: Eynşteynin nəzəriyyəsinin sübutunu gördülər

3604
(Yenilənib 01:08 29.07.2021)
İlk dəfə yaşanan bu hal Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin nəzərdə tutduğu, ancaq indiyədək sübut olunmadığı hadisədir.

BAKI, 29 iyul – Sputnik. Nəhəng qara dəliyin Kainata yaydığı rentgen şüalarını müşahidə edən alimlər qəribə parıltılar seziblər, məlum olub ki, bu, dəliyin o biri tərəfinin əksidir.

İlk dəfə yaşanan bu hal Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin nəzərdə tutduğu, ancaq indiyədək sübut olunmadığı hadisədir. Sputnik Azərbaycan bildirir ki, araşdırma nəticəsi Nature jurnalında dərc edilib.

Stenford Universitetinin astrofiziki Den Uilkins Qalaktikanın mərkəzindəki nəhəng qara dəliyin öyrənilməsi ilə məşğuldur. Bu dəlik bizdən 800 milyon işıq ili aralıda yerləşir. Alim gözlənilməz hal müşahidə edib: rentgen şüaları ilə yanaşı, teleskoplar əsas şüalardan sonra yaranan digər işıq parıltılarını da qeydə alıb, onların parlaqlığı az olsa da, müxtəlif “rənglərdə” olub. Hesablamalara görə, bu işıq əksləri, yaxud da işıq əks-sədası qara dəliyin arxa tərəfinin əks etdirdiyi rentgen şüalarına uyğun gəlir.

“Qara dəliyə düşən istənilən işıq ondan çıxmır, bu səbəbdən də qara dəliyin arxasında olan heç nəyi biz görə bilmərik, - Stenford Universitetinin SLAC tezləşdirici laboratoriyasının və Elementar Hissəciklərin Astrofizikası İnstitutunun elmi işçisi Den Uilkins yazıb. – Bunu görməyimizin səbəbi odur ki, qara dəlik fəzanı əyir, işığı sapdırır və ətrafındakı maqnit sahələrini bürüb-bükür”.

Tədqiqat ilk başdan tacın – bəzi qara dəliklərin malik olduğu elementin - öyrənilməsinə həsr olunmuşdu. Nəhəng qara dəliyin üzərinə düşən material Kainatda ən parlaq arasıkəsilməyən işıq mənbələrini qidalandırır və bu zaman qara dəliyin ətrafında rentgen işığından ibarət tac yaradır.

Mövcud nəzəriyyəyə görə, bu elementin formalaşması qazın qara dəliyə keçməsi və orada milyon dərəcəyədək qızması ilə yaranır. Belə temperaturda elektronlar atomlardan ayrılır, maqnitlənmiş plazma yaradır. Qara dəliyin super sürətlə fırlanmasının təsiri ilə maqnit sahəsi qara dəliyin üzərində əyilməyə başlayır, sonra öz ətrafında elə sürətlə dönür ki, nəticədə tamamilə dağılır. Bu hal Günəşin ətrafında baş verənlərə bənzəyir. Buna görə də alimlər bu hadisəni Günəşdəkinə bənzədərək qara dəlik tacı adlandırırlar.

“Bu, maqnit sahəsidir, qara dəliyə yaxın və onunla bağlı olan sahə ətrafındakı hər şeyi qızdırır və belə yüksək enerjiyə malik elektronları əmələ gətirir, onlar isə rentgen şüalarını yaradır, - Uilkins izah edib. Bir neçə il ərzində mən nəzəri cəhətdən bu prosesi düşünürdüm, ona görə də teleskopda bunu görən kimi mənşəyinin nəyə bağlı olduğunu anladım”.

“Əlli il əvvəl, astrofiziklər maqnit sahəsinin özünü qara dəliyin yanında necə apardığını düşünməyə başlayarkən, heç bilməzdilər ki, bu hadisəni birbaşa müşahidə etmək üçün metodlarımız peyda ola bilər və Eynşteynin ümumi nisbilik nəzəriyyəsini gerçəklikdə görə bilərik”, - tədqiqatın digər müəllifi, Stenford Universitetinin professoru Rocer Blandford deyib.

Müəlliflər qara dəliklərin tacını öyrənməyə davam edəcəklər. Bu prosesdə onlar Avropa Kosmik Agentliyinin 2031-ci ildə buraxmağı planlaşdırdığı “Afina” kosmik teleskopuna böyük ümid bəsləyirlər.

Eləcə də oxuyun:

3604
Teqlər:
Albert Eynşteyn, Stenford Universiteti, alim, işıq, şüa, rentgen, qara dəlik, kosmos
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi