Almaniyada daşqınlar səbəbi ilə neft sızıntısı baş verib

84
Onlarla yaşayış evinə ciddi zərər dəyib. Təbii fəlakətin baş verdiyi ərazidə qatarların hərəkəti dayandırılıb, avtomobil trasları bağlanıb. Bəzi bölgələrdə fövqəladə vəziyyət elan edilib.

BAKI, 18 iyul — Sputnik. Almaniyanın daşqınlardan əziyyət çəkən bölgəsində neft sızması baş verib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bild tabloidi Şimali Reyn-Vestfaliya torpağında yerləşən Köln şəhərinin rəhbərliyinə istinadən məlumat yayıb.

Daşqın nəticəsində Hükesvagen şəhərinin ətrafındakı müəssisələr su altında qalıb və neft və digər maddələrin sızıntısı baş verib. Hazırda mütəxəssislər su və havadan nümunələr götürürlər.

Güman edilir ki, çirklənmiş su yerli su anbarına da düşüb. Hazırda orada çimmək, suya dalmaq, balıq tutmaq və qayıqla gəzintiyə çıxmaq qadağan olunub.

 

---------

10:39

Almaniyada daşqınlar səbəbindən həyatını itirənlərin sayı 156 nəfərə çatıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Bild" tabloidi xəbər verir.

Bazar günü Koblents polis idarəsindən məlumat gəlib ki, Reynland-Pfalts torpağında daha 12 nəfər ölüb və beləliklə, qurbanların sayı 110-a çatıb.

Şənbə axşamına olan məlumata görə isə, Şimali Reyn-Vestfaliya torpağında 45, Bavariyanın Berxtesqaden rayonunda isə bir nəfər ölüb.

Çərşənbə günü başlayan güclü leysan Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya torpaqlarındakı yaşayış məntəqələrində daşqınlara səbəb olub. Fəlakət nəticəsində körpü və yollar dağılıb, elektrik xətləri qırılıb.

Şənbəyə keçən gecə Yuxarı Bavariya inzibati dairəsində daşqın və torpaq sürüşməsinə görə fövqəladə vəziyyət elan edilib. Eləcə də Almaniya ilə Çexiyanın sərhədindəki Sakson İsveçrəsində də daşqınlar yaşayış məntəqələrini təcrid edib, dəmiryollarında hərəkət iflic olub. Almaniya hökuməti vəziyyəti "gərgin, ancaq idarəolunan" kimi dəyərləndirib.

 

---------------

17.07.2021

12:10

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sel fəlakəti ilə əlaqədar Almaniya və Belçikaya başsağlığı verib.

"Avropanın qərbindəki ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada daşqın qurbanlarına başsağlığı veririk. Yağışın dağıdıcı nəticələrinin aradan qaldırılmasında hər iki ölkə Almaniya və Belçika ilə birlikdəyik", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində yazılıb. 

11:21

Çox sayda ölən var, yüzlərlə insanın taleyindən xəbər yoxdur

Almaniyada şiddətli sel daşqınları nəticəsində 133 nəfər ölüb, 1300-dən çox adam itkin düşmüş hesab olunur. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Bild"-ə istinadən xəbər verir.

Qeyd olunur ki, 43 nəfər Şimali Reyn – Vestfaliya, daha 90 nəfər isə Reynald-Pfaltz torpağında sel qurbanı olub.

"Təəssüflər olsun ki, bu rəqəmlərin artma ehtimalı var", - deyə polis nümayəndəsi bildirib.

Hazırda Almaniyada dağıntıların aradan qaldırılması işləri aparılır. Hərbçilər də bu prosesə cəlb olunub. Onlarla yaşayış evinə ciddi zərər dəyib. Təbii fəlakətin baş verdiyi ərazidə qatarların hərəkəti dayandırılıb, avtomobil trasları bağlanıb.

Belçikada da sel daşqınları nəticəsində 20 nəfər ölüb.

Türkiyədə yağan yağışlar çayların daşması ilə nəticələnib.  Belə ki, Türkiyənin Rize vilayətində baş verən sel zamanı ölənlərin sayı 7 nəfərə çatıb. Təbii fəlakət nəticəsində, həmçinin 13 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb.

Ümumilikdə Avropada sel daşqınları 153 can alıb.  

84
  • © REUTERS / WOLFGANG RATTAY

    Almaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.

  • © AFP 2021 / Christof Stache

    Almaniyanın Bad Noyenar şəhərində dağıntılar arasında dayanıb cütlük.

  • © AFP 2021 / Bernd Lauter

    Almaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.

  • © REUTERS / THILO SCHMUELGEN

    Almaniyanın Erftstadt şəhərində yağan yağışlardan sonra velosipedçi su basan bir küçəsində.

  • © REUTERS / THILO SCHMUELGEN

    Almaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.

  • © REUTERS / Thilo Schmuelgen

    Almaniyanın Erftstadt şəhərində insanlar qum torbaları yığırlar.

  • © REUTERS / YVES HERMAN

    Belçikanın Pepinster şəhərində iti olan qadın.

  • © REUTERS / YVES HERMAN

    Belçika, Pepensterdə güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.

  • © REUTERS / THILO SCHMUELGEN

    Almaniyanın Erftştadt şəhərində su basmış avtomobillər.

  • © REUTERS / YVES HERMAN

    Belçika, Pepensterdə güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.

  • © REUTERS / THILO SCHMUELGEN

    Almaniyada güclü leysan yağışlarının əmələ gətirdiyi daşqının nəticəsi.

  • © REUTERS / EVA PLEVIER

    Hollandiyanın Gelle şəhərində su basmış evin mənzərəsi.

  • © REUTERS / Wolfgang Rattay

    Almaniyanın Bad Noyenar şəhərində güclü yağışlardan sonra tullantılar.

Teqlər:
sızma, neft, itkin, ölənlər, daşqın, Almaniya

Londonun su batmış küçələri

5
(Yenilənib 22:21 26.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

5
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

SputnikPro: "feyk-nyus" nədir onunla necə mübarizə aparmalı