Erməni hərbçisi, arxiv şəkli

Ermənistanın iki hərbi qulluqçusu itkin düşüb

303
İyulun 14-də sübh çağı, hərbi qulluqçular Arhur Nalbandyan və Aramais Torozyanın getdiyi maşınla əlaqə kəsilib.

BAKI, 14 iyul - Sputnik. Ermənistanın iki hərbi qulluqçusu itkin düşüb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 14-də sübh çağı, hərbi qulluqçular Arhur Nalbandyan və Aramais Torozyanın (sürücü) getdiyi maşınla əlaqə kəsilib. Onların Ermənistan Respublikasının cənub-şərq istiqamətində dumana düşdüyü bildirilir.

Hərbçilərin tapılması üçün axtarış-xilasetmə əməliyyatları başlayıb.

Ermənistan Naxçıvanı atəşə tutub, hərbçimiz yaralanıb 

Qeyd edək ki, iyulun 14-ü saat 10.00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Mərdanlı İbadulla Məhsud oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub.

Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Həmçinin oxuyun: 

* Ermənistan Naxçıvanı atəşə tutdu, hərbçimiz yaralanıb

Ermənistan Şuşa şəhəri ətrafındakı mövqelərimizi atəşə tutub - Müdafiə Nazirliyi

303
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qaribaşviliyə: Üçtərəfli mexanizm liderlər səviyyəsində canlandırılmalıdır

373
(Yenilənib 23:43 01.08.2021)
Ərdoğan Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

BAKI, 1 avqust - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.

Sputnik Türkiyə xəbər verir ki, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.

Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.

Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.

Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradzenin strateji tərəfdaşlarla münasibətlərə dair suallarını cavablandırarkən deyib ki, Türkiyə Gürcüstanın strateji tərəfdaşı və bir nömrəli ticarət tərəfdaşıdır.

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iqtisadi-ticari əlqələrin daha da inkişaf etdirilməsinə hazırlıq ifadə olunub. Bu əlaqələrdə müsbət dinamika müşahidə edilir. Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 3 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək istəyirik və bu yaxın illər üçün bizim vəzifələrimizdən biri olmalıdır. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli format çərçivəsində də müzakirələr aparırıq", - o, deyib. 

İ.Qaribaşvili bu il Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsinin planlaşdırıldığını qeyd edib.

373

FHN-in qüvvələri yanğınların bəzi istiqamətlərdə genişlənməsinin qarşısını alıb

29
(Yenilənib 20:12 01.08.2021)
Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq, Nazirliyin qüvvələri yanğınlarla mətinliklə mübarizə aparır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirir.

Belə ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb.

Türkiyədə meşə yanğınları

Qeyd edək ki, son 6 gündə Türkiyədə 107 yerdə meşə yanğını qeydə alınıb. Yanğın nəticəsində 7 nəfər dünyasını dəyişib. 

Antalya başda olmaqla Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər.

Türkiyəyə yardım məqsədi ilə dünyanın bir çox ölkələrindən, o cümlədən Azərbaycandan texnika və canlı qüvvə göndərilib.

Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində qardaş ölkəyə dəstək məqsədilə göndərilənlər arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri də var.

Meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

 

29

Tokio Olimpiadası bürüncə ümidlər var

0
Azərbaycan idmançılarının hələ Olimpiya Oyunlarının bürünc medalını qazanmaq şansı var, ancaq bu o halda olacaq ki, onların uduzduqları rəqibləri finala çıxsınlar.

BAKI, 2 avqust – Sputnik. Azərbaycan güləşçiləri Rafiq Hüseynov (77 kq) və Elis Manolova (68 kq) Tokio Olimpiadasının qızıl medallarını qazanmaq imkanını əldən veriblər.

Sputnik Azərbaycan bildirir ki, qadınlar arasında keçirilən yarışda Elis Manolova nigeriyalı Blessinq Oborududuya uduzub. Yunan-Roma güləşində təmsilçimiz Rafiq Hüseynov isə startda əlavə vaxtda isveçli Aleks Kestidisə qalib gəlib, ancaq dörddəbir finalda Qırğızıstan idmançısı Akjola Mahmudova 1:9 hesabı ilə məğlub olub. Ancaq əgər Mahmudov finala çıxarsa, o zaman Hüseynovun bürünc medal uğrunda yarışmaq şansı olacaq. Manolovanın da şansı eynidir.   

26 atletimiz Oyunlarda iştirakını başa vurub

Tokiodakı Olimpiya Oyunlarında 26 Azərbaycan idmançısı çıxışlarını yekunlaşdırıb. Bunlardan cüdoçu İrina Kindzerska (78+ kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medal qazanıblar.

Taekvondoçular Fəridə Əzizova (67 kq) və Murad Beygi Xarçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zəlim Kotsoyev (100 kq), Uşangi Kokauri (100+ kq) və Aişə Qurbanlı (48 kq), boksçular (Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev )91+ kq), üzgüçülər Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov  və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov, triatlet Rostislav Pevtsov, badmintonçu Edi Reski Dviçayo və yüngül atlet Anna Skidan Olimpiadada uğur qazana bilməyiblər.

Azərbaycan Tokio-2020-də

Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

Həmçinin oxuyun:

0
Teqlər:
Tokio Yay Olimpiya Oyunları, bürünc medal, güləş