Əfqanıstan hərbçisi ABŞ bazasını qoruyur, arxiv şəkli

Dünyada ən gözlənilən hadisələr: Əfqanıstan, Suriya AVRO-2020

49
Hamı Əfqanıstandakı vəziyyəti müşahidə edir, koalisiya qoşunları çıxarıldıqca "Taliban" fəallaşır. Bundan əlavə bu həftə Suriyaya dair "Astana formatı" çərçivəsində növbəti görüş keçiriləcək. Və əlbəttə ki, hamı AVRO-2020 finalını gözləyir

BAKI, 5 iyul — Sputnik. Bu həftə siyasi hadisələr daha çox iki ölkə ilə bağlıdır ki, həmin ölkələrdə də artıq uzun müddətdir ki, silahlı qarşıdurma müşahidə olunur: Əfqanıstan və Suriya. Birinci ölkəyə dair burada əcnəbi kontingentin bir hissəsinin saxlanması məsələsi həll olunur, ikinci ölkəya dair isə "Astana formatı" formatında danışıqların növbəti raundu kemiriləcək. Lakin qarşıdakı yeddi gün ərzində diqqəti özünə çəkən siyasət olmayacaq, axı AVRO-2020 sona çatır.

Əfqanıstan: koalisiya çıxıb gedir, onun üzvləri isə qalırlar

Yaxın vaxtlarda siyasi nəzərlər "Taliban"la sazişin müddəti başa çatdıqdan sonra koalisiya qoşunlarının çıxarıldığı Əfqanıstana yönələcək. Razılaşmaya əsasən, əcnəbi qoşunar ölkəni cari ilin sentyabrın 11-ə qədər tərk etməlidirlər. Lakin belə məlumatlar var ki, proses xeyli əvvəl yekunlaşacaq. Belə ki, Britaniya KİV-ləri İngiltərə və ABŞ qoşunlarının Əfqanıstanı iyulun 4-ə qədər tərk etməli olduğunu bildirirdilər. Halbuki, ABŞ prezidenti Co Bayden bunun yaxın günlərdə baş verməyəcəyini dilə gətirib.

NATO qoşunlarının çıxarılması ilə əlaqədar olaraq "Taliban" yaraqlılarının fəallaşması barədə də xəbərlər yayılır. Belə ki, təkcə elə cümə günü onlar Əfqanıstanın şimal-şərqində, şərqində və cənubunda 13 rayonu nəzarətə alıblar. KİV-lərin məlumatına görə, ölkənin 370 rayonundan 110-na taliblər nəzarət edir.

Hələ iyunun ortalarında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın maliyyə dəstəyi ilə Kabul hava limanının təhlükəsizliyinin və işləməsinin təmin edilməsi üçün ölkəsinin hərbi kontinhentinin burada saxlanmasına hazır olduğunu bildirib.

Türkiyənin müdafiə naziri Hülusi Akarın cümə günü dediyi kimi, Ankara hələ hava limanının təhlükəsizliyi üçün blmələrin orada saxlanması ilə barədə qəti qərar verməyib, bu barədə Amerika tərəfi ilə danışıqlar davam etdirilir.

"Biz şərtlərimizi NATO-ya bildirmişik. Əgər onlar təmin olunsa, biz qala bilərik (Əfqanıstanda). Biz ABŞ və digər ölkələrə danışıqlar aparırıq. Lakin hələ heç bir qərar qəbul olunmayıb", - deyə Akar bildirib.

Ola bilər ki, danışıqlar bu həftə hansısa nəticələr versin.

Belə ki, Böyük Britaniya başnazirinin iyulun 5-də Milli təhlükəsizlik şurasında Əfqanıstanda hansısa qoşunların qalması və ya onların hamısının çıxarılması barədə qərar qəbul etməlidir.

Britaniya KİV-ləri mənbələrə istinadən məsləhətçi qismində xüsusi təyinatlıların saxlanması planları barədə yazırlar.

Suriyaya dair danışıqlar

Siyasi hadisələrdən həmçinin Suriyaya dair "Astana formatında" növbəti görüşü də qeyd etmək lazımdır. "Astana üçlüyü"nün nümayəndələrinin – İran, Rusiya və Türkiyənin, habelə Suriya hökuməti və müxalifətinin iştirakı ilə görüş iyulun 7-8-də keçiriləcək. Bundan əlavə, görüşdə BMT, İordaniya, Livan və İraqdan müşahidəçilərin olacağı da gözlənilir.

Qarşıdakı müzakirələrin gündəliyinə ölkədə sosial-iqtisadi və epidemioloji vəziyyət, Suriyaya beynəlxalq humanitar yardım, Suriya konstitusiya məhkəməsinin Cenevrədə içinin bərpası imkanları, etimadın möhkəmlndirilməsi tədbirləri, o cümlədən əsirlərin mübadiləsi, girovların azad edilməsi məsələləri daxil olacaq.

Plenar iclasla yanaşı "üçlüyün" ikitərəfli və üçtərəfli məsləhətlərinin, suriyalıların iştirakı ilə müzakirələr və müşahidəçilərin nümayəndə heyətləri ilə əlaqələr də planlaşdırılır.

Həm də, bütün tədbirlər sanitar tələblərə riayət olunmaqla təşkil olunacaq. Qazaxıstan səhiyyə nazirliyindən bildirilib ki, bu tdbirlərə ştirakçılarda PCR test və kovid pasportlarının olması, maska taxılması, sosial məsafə saxlanması, sanitayzer və digər vasitələrin olması daxildir.

Futbol bayramı başa çatır

Siyasi hadisələrlə yanaşı vacib və ən gözlənilən hadisələr sırasına AVRO-2020-nin so mərhələləri də aiddir. Axı artıq bu həftə qitə birinciliyinin yarımfinal və final oyunları keçiriləcək. Çərşənbə axşamı və çərşənbə günləri, iyulun 6-7-də biz qarşıdakı bazar günü, iyulun 11-də Avropa çempionu titulu uğrunda həlledici oyunda kimin mübarizə aparacağını biləcəyik.

Çempionluq uğrunda mübarizə İtaliya, İspaniya, Danimarka və İngiltərə yığmaları arasında davam edir. Bu komandalar kimin mübarizəni davam etdirəcəyini müəəyyənləşdirəcəklər.

İtalyanlar yarımfinala Belçika komandasını məğlub edərək çıxıblar, İpaniya isə İsveçrə komandası üzərində penaltilər seriyasında qələbədən sonra bu mərhələyə çıxıb.

İkinci yarımfinal cütlüyü ingilislərin ukraynalılar üzərində 4:0 və danimarkalıların çexlər üzərində Bakıda 2:1 hesablı qələbəsindən sonra formalaşıb.

Avropa çümpionatının kubokuna dörd iddiaçı komandadan üçünün – İtaliya, İspaniya və İngiltərənin ənənəvi olaraq güclülər arasında olması, danimarkalıların isə heç vaxt autsayder olmamağına rəğmən, yalnıq "Qırmızı furiya" adlandırılan İspaniya millisi AVRO-da nisbətən yaxın keçmişdəki uğuru ilə qürrələnə bilər.

Sonuncu dəfə ispanlar qitə birinciliyində qızıl medalları 2012-ci ildə əldə ediblər.Bundan əvvəl isə onlar daha iki dəfə itə birinciliyinin qalibi olublar. İtaliya millisi uzaq 1968-ci ildə, danimarkalılar təqribən 30 il əvəl, 1992-ci ildə bu titula sahib olublar. Təəccüblü deyil ki, futbolun yaradıcısı olan ölkənin komandası hələ ki qitə birinciliyinin kubokunu başı üzərinə qaldıra bilməyib. Turnirin bütün qalan oyunları Londonun "Uembli" stadionunda keçiriləcək.

Dünyada pandemiyanın güclənməsinə, müxtəlif regionlarda siyasi turbulentliyə baxmayaraq, yəqin ki, bütün həftəni dünyanın futbol azarkeşlərinin, hətta tamamilə başqa regionda yaşamaqlarına rəğmən, Avropa çempionunun adını öyrənmək üçün bazar gününü gözləyəcəyini desək, yanılmarıq. Axı bu, futboldur və o sərhədsizdir.

49

Londonun su batmış küçələri

5
(Yenilənib 22:21 26.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

5
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

SputnikPro: "feyk-nyus" nədir onunla necə mübarizə aparmalı