Ermənistanda təhlükə – Paşinyan xüsusi komissiya yaratdı

© Sputnik / Maksim Blinov / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.07.2021
Abunə olmaq
Karina Danielyan bildirib ki, insanlar istifadə olunan suya görə ödəniş etməmək üçün müxtəlif yollara əl atırlar.

BAKI, 5 iyul — Sputnik. Bu il Ermənistanda quraqlıq təhlükəsi var. Bunu Sputnik Ermənistan-a açıqlamasında ekoloq Karina Danielyan bildirib.

Danielyan Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın qurumlararası komissiyanın yaradılması haqqında qərarını da məhz bununla izah edib.

Qeyd edək ki, Paşinyanın qərarı ilə Ermənistanda mümkün quraqlıq və ya su azlığı, onların nəticələrinin aradan qaldırılması və ya azaldılması ilə bağlı koordinasiya işləri üçün qurumlararası komissiya yaradılıb.

"Quraqlıq təhlükəsi yalnız bizdə deyil, bütün dünyada var. Lakin təbii-iqlim risklərini nəzərə alsaq biz bu problemə daha çox diqqət ayırmalıyıq. Problem həqiqətən də ciddidir", - deyə Danielyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın su anbarlarında olan suyun həcmi narahatlıq doğurur. Su anbalarında suyun az olmasının səbəbi isə müxtəlifdir. Ekoloqun fikrincə, bu ilk növbədə mövsümün quraq keçməsi ilə bağlıdır:

"Bundan əlavə, su anbalarında olan su qanunsuz olaraq istifadə olunur. İnsanlar istifadə olunan suya görə ödəniş etməmək üçün müxtəlif yollara əl atırlar".

Danielyan, eyni zamanda Ermənistanda su anbarlarının vəziyyətinin acınacaqlı durumda olduğunu vurğulayıb.

Xəbər lenti
0