Jair Bolsonaru, arxiv şəkli

Braziliya prezidentinə qarşı cinayət işi açıldı

7
Jair Bolsonaru kuryoz əməlləri ilə məşhurdur. Braziliya lideri pandemiya başlayandan ona etinasız yanaşması ilə diqqət çəkirdi.

BAKI, 3 iyul - Sputnik. Braziliya Ali Məhkəməsi ölkə prezidenti Jair Bolsonaruya qarşı cinayət işi açılmasına icazə verib.

Sputnik Azərbaycan Associated Press-ə istinadən bildirir ki, Bolsonaru Hindistanın "Covaxin" COVID-19 əleyhinə vaksinini alarkən vəzifə cinayəti törətməkdə ittiham olunur.

İyulun 3-də elan edilmiş qərara görə, Ali Məhkəmənin hakimi Roza Veber COVID-19 pandemiyası ilə bağlı hökumətin fəaliyyətini araşdıran Senat komitəsinin verdiyi ifadələr cinayət işinə əlavə olunub.

Prokuratura Bolsonarunun 20 milyon doza "Covaxin" peyvəndi alınarkən ehtimal olunan qanun pozuntuları ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməməklə vəzifə cinayəti törədib-törətmədiyini aşkara çıxarmaq istəyir. Veber digər potensial qanun pozuntularının da araşdırılacağını istisna etməyib.

Bundan bir qədər öncə məlumat verilmişdi ki, Braziliyanın Sanitar Nəzarəti üzrə Milli Agentliyi (Anvisa) Rusiyanın "Sputnik-V" vaksininin istifadəsinin təsdiqi barədə məsələyə yenidən baxacaq.

 

Jair Bolsonaru kuryoz əməlləri ilə məşhurdur. Braziliya lideri pandemiya başlayandan ona etinasız yanaşması ilə diqqət çəkirdi. O, küçəyə maskasız və əlcəksiz çıxır, tərəfdaşları ilə heç bir sosial məsafə saxlamadan ünsiyyət qurur, onlarla şəkil çəkdirirdi. 2020-ci il iyulun 7-də isə o, koronavirusa yoluxduğunu etiraf etdi.

Bundan bir il öncə, 2019-cu il avqustun 27-də isə Bolsonaru Fransa Prezidenti Emmanuel Makronun xanımı Bricit Makronu sosial şəbəkədə təhqir etməklə qalmaqal qoparmışdı.

Eləcə də oxuyun:

  • Koronavirus zarafat sevmir: xəstəliyi vecinə almayan prezident yoluxdu
  • Prezidentlərin arvad davası - yanğın bəhanə imiş

  • Məşhur yazıçı prezidentin hərəkətlərinə görə üzr istədi

  •  

    Koronavirusa inanmayan prezident özündən də pis naziri işdən qovdu

7
Teqlər:
vaksin, Koronavirus, epidemiya, COVID-19, cinayət işi, prezident, Braziliya
Mövzu:
Yeni tip koronavirus pandemiyası (729)

Londonun su batmış küçələri

5
(Yenilənib 22:21 26.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

5
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

SputnikPro: "feyk-nyus" nədir onunla necə mübarizə aparmalı

19
Sputnik Beynəlxalq informasiya agentliyi və radiosu yenidən Bakıda SputnikPro təhsil proqramına start verir. Paytaxtda Rusiyanın ən yaxşı media menecerləri və KİV-də nəhəng iş təcrübəsinə malik aparıcı mütəxəssislərin unikal ustad dərsləri seriyası başlanır.

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası başlanıb. Rusiyalı mütəxəssislər azərbaycanlı həmkarlarına "feyk-nyus"un nə olması və onunla necə mübarizə aparmaq barədə, habelə bir çox məşhur feyklərin yaranması səbəblərindən danışırlar.

"Feyk-nyus barədə qəşəng və maraqlı fikirlər" mövzusunda ustad dərsini RİA Novosti-nin "İnanmıram!" (Не верю!) antifeyk resursunun aparıcıları və Artyom Buftyak danışırlar.

 

19