Məşhur aparıcı maskalı insanlardan qorxduğunu etiraf etdi

© AFP 2023 / TOLGA AKMENKeti Payper
Keti Payper - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Britaniyalı teleaparıcı maskalı insanlar görəndə panikaya düşdüyünü etiraf edib. O, maskalı insanları bir zaman ona hücum etmiş cinayətkarla eyniləşdirir.

 

BAKI, 28 iyun — Sputnik. Britaniyalı televiziya aparıcısı Keti Payper maskalı insanları görəndə panikaya düşdüyünü etiraf edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bu qorxusunu 13 il əvvəl cinayətkarın ona hücum edərək üzərinə sulfat turşusu atması ilə izah edib.

37 yaşlı televiziya ulduzu bəzən ona qorxulu gələn insanlara qarşı ayrı-seçkilik etdiyini deyib.

“İnsanların kiçik gözlərindən başqa hər yeri örtülü halda mənə yaxınlaşanda içimdəki hər şey sanki sıxılır və mən panika keçirdirəm”, - deyə Payper psixoloji narahatlığını bölüşüb.

Qeyd edək ki, 2008-ci ildə Payperin keçmiş sevgilisi bir nəfər tutaraq qızın üzünə sulfat turşusunu atmasını təşkil edib.

Həkimlər əməliyyat üçün zərərçəkəni 12 gün ərzində süni komaya salaraq, üzünə dəri transplatasiyası həyata keçiriblər. Həmin gündən bəri məşhur aparıcı yanıq və korluğu müalicə etmək üçün 400-dən çox əməliyyat keçirdib.

Hazırda Payper televiziyada fəaliyyətini davam etdirir. O, 2015-ci ildə ərə gedib, bir qızı var.

Eləcə də oxuyun:

Xəbər lenti
0