Londonun mərkəzində güclü yanğına görə yolları bağladılar, yaralı var

© © Social media / via REUTERSДым после взрыва на станции Elephant and Castle в Лондоне
Дым после взрыва на станции Elephant and Castle в Лондоне - Sputnik Azərbaycan, 1920, 28.06.2021
Abunə olmaq
Dəmiryolu stansiyasının yaxınlığında hazırda güclü yanğın var. Yüzə yaxın yanğınsöndürən alovu ram etməyə çalışır.

BAKI, 28 iyun - Sputnik. Londonun mərkəzindəki  Elephant & Castle stansiyasının yaxınlığındakı güclü yanğında bir kişi xəsarət alıb. 

Şəhərin yanğınsöndürmə xidmətindən verilən məlumata görə, həmin adama tibbi yardım göstərilir. 

Hadisə yerində 15 yanınsöndürən maşın və 100-dək yanğınsöndürən çalışır.

Stansiyanın tavanının altında yerləşən üç kommersiya tikilisi, eləcə də altı avtomobil və bir telefon köşkü yanır. Dəmiryolu stansiyasında olan və ətrafdakı evlərdə yaşayan insanlar təxliyə ediliblər. 

"Yolların çoxu bağlıdır, biz insanlardan bu zonaya gəlməmələrini və yanğınsöndürənlər alovu nəzarətə alana qədər qapı-pəncərələrini açmamağı xahiş edirik", - Yanğınsöndürmə stansiyasının komandiri Ceyms Rayan deyib.

 

-------

18:01

Böyük Britaniyanın paytaxtı Londonda bir qədər əvvəl güclü partlayış olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, Elephant & Castle dəmiryolu stansiyasının yaxınlığında hazırda güclü yanğın var. Yetmişə yaxın yanğınsöndürən alovu ram etməyə çalışır.

Yanğınsöndürmə xidmətindən bildiriblər ki, partlayışın səbəbləri hələ ki məlum deyil.

Polisdən bildiriblər ki, partlayış terrorizmlə əlaqəli deyil.

Xəbər lenti
0