Yelisey sarayında Fransa bayrağı, arxiv şəkli

Fransızlar kimi növbəti prezident görmək istəyirlər

19
(Yenilənib 20:36 28.06.2021)
Fransada 2022-ci ildə keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı əhali arasında sorğu aparılıb və onların potensial namizədlərə münasibəti soruşulub.

 

BAKI, 28 iyun — Sputnik. Fransa Televiziyaları, Fransa Radiosu və LCP – Milli Assambleya/Senat kanalının sifarişi ilə “İPSOS/Sopra Steria” şirkəti 2022-ci ildə Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı sosial sorğu aparıb.

Sputnik Azərbaycan xəbər verir ki, sosial sorğunun nəticələrinə görə, sağçı partiyanın namizədinin kimliyindən asılı olmayaraq, hazırki Prezident Emmanuel Makron və “Milli birlik” partiyasının sədri Marin Le Pen prezident seçkilərinin ikinci turuna bərabər səslə qatılacaqlar.

Sorğunun nəticələrinə əsasən, Respublikaçıların namizədi Ksavye Bertran olarsa, seçkilərin birinci turunda E. Makron və Marin Le Pen 24 faiz, Valeri Pekres olduğu təqdirdə isə bu iki namizədin hər birinin 27 faiz səs toplayacağı gözlənilir.

Digər siyasi partiyalarla bağlı proqnoza görə, Avropa Ekologiya-Yaşıllar Partiyasının namizədi Yannik Jado 10 faiz, Sosialist Partiyasının namizədi kimi Ann İdalqo 8-9 faiz, “Yenilməz Fransa” partiyasının namizədi Jan-Lük Melanşon 7 faiz, Kommunist Partiyasının namizədi Fabyen Russel 2,5 faiz səslə kifayətlənməli olacaqlar. Digər partiyaların 1 və ya 1,5 faiz səs toplayacağı ehtimal edilir.

Eləcə də oxuyun:

  • Lavrov Avropa Birliyini Vaşinqtona "züy tutmaq" arzusunda günahlandırıb

  • Tezliklə Avropa içəridən parçalanacaq, Aİ isə Rusiyanı cəzalandırmaq barədə düşünür

  • Fainanın sirri: Fransada Azərbaycanla bağlı tarixi hadisə yaşanır

19
Teqlər:
sorğu, namizədlər, prezident seçkisi, Fransa

Londonun su basmış küçələri

591
(Yenilənib 08:57 27.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

591
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

SputnikPro: "feyk-nyus" nədir onunla necə mübarizə aparmalı