Xəbərdarlıq: Avropada koronavirusun daha yoluxucu ştammı yayılacaq

© AP Photo / Andrew MedichiniСитуация в связи с эпидемиологической обстановкой в Италии
Ситуация в связи с эпидемиологической обстановкой в Италии - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
ÜST nümayəndəsi qeyd edib ki, yüksək yoluxuculuq və hətta immuniteti olanları yoluxdurmaq qabiliyyətinə görə bu, mütəxəssislərin narahatlığına səbəb olur.

BAKI, 11 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropada koronavirusun Hindistan ştammının daha yoluxucu variantının yayılacağını proqnozlaşdırıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klyuqe bildirib.

Klyuqenin sözlərinə görə, "delta variant" kimi tanınan koronavirusun bu variantı artıq bir sıra ölkələrdə digər ştammları aradan çıxarıb. ÜST nümayəndəsi qeyd edib ki, yüksək yoluxuculuq və hətta immuniteti olanları yoluxdurmaq qabiliyyətinə görə bu, mütəxəssislərin narahatlığına səbəb olur.

Klyuqe virusu ciddiyə almağa və ötən ilin səhvlərini təkrarlamamağa çağırıb: "Biz artıq bundan keçmişik. Ötən ilin yayında xəstəlik halları kiçik yaş qruplarında müntəzəm olaraq artmağa başladı və daha sonra yuxarı yaş qrupuna keçdi ki, bu da lokdaunlara və 2020-ci ilin payız və qışında insan ölümlərinə səbəb oldu".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 174,4 milyonu keçib, 3,75 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0