Dünyanın ən varlı adamı kosmosa uçacaq

© AP Photo / Patrick SemanskyДжефф Безос, фото из архива
Джефф Безос, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.06.2021
Abunə olmaq
Beş yaşımdan kosmosa səyahət etmək barədə düşünmüşəm. İyulun 20-si bu səyahətə qardaşımla birlikdə gedəcəyəm.

BAKI, 8 iyun — Sputnik. "Amazon" şirkətinin rəhbəri, öz qardaşı və "Blue Origin" şirkətinin keçirdiyi auksionda qaib gələn şəxslə birgə iyulun 20-si kosmosa uçacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu dünyanın ən varlı insanı hesab edilən Ceff Bezos öz "Instagram" səhifəsində yazıb.

"Beş yaşımdan kosmosa səyahət etmək barədə düşünmüşəm. İyulun 20-si bu səyahətə qardaşımla birlikdə gedəcəyəm. Ən yaxşı dostumla möhtəşəm səyahət", - deyə Bezos bildirib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Jeff Bezos (@jeffbezos)

Qeyd edək ki, milyarderə məxsus olan "Blue Origin" şirkəti öz "Twitter" hesabında yazıb ki, Bezosla birgə kosmosa onun qardaşı və iyunun 12-si bitəcək auksionun qalibi qatılacaq. Hərracda iştirak etmək istəyən şəxslərin qeydiyyatı iyunun 10-u bitəcək.

Eləcə də oxuyun:

Xəbər lenti
0