BAKI, 5 iyun — Sputnik. Şimali Koreya lideri Kim Çen In KXDR Əmək partiyasının Siyasi bürosunun səkkizinci çağırış birinci iclasında sədrlik edib. İclasda iyunun ilk dekadasında partiya MK-nın plenumunu keçirmək barədə qərar qəbul olunub. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.
Məlumata əsasən, bu iclasda iştirak mayın 6-dan sonra Kim Çen Inın ictimaiyyət qarşısında ilk görünməsi olub.
Daha öncə Cənubi Koreyanın Birləşmə nazirliyi bildirib ki, hazırkı ortalıqda olmama dövrü Şimali Koreya liderinin 2021-ci ilin əvvəlindən ictimaiyyət qarşısında ən uzunmüddətli görünməməsi olub.