Roma Papası Fransisk, arxiv şəkli

Rahiblərə böyükləri zorlamaq qadağan olunub

31
Məcəllənin tələbləri həmçinin Vatikanda yaşayan sadə insanlara da aid olunur. Bununla bağlı sənəddə cərimə və ya xristian icmasından qovulma və işdən azad olunma cəzaları da nəzərdə tutulub.

BAKI, 1 iyun — Sputnik. Roma papası Fransisk Vatikanın kanonik hüquq məcəlləsinə dəyişikliklər edib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, yeni dəyişikliklər din xadimlərinin digər insanlara qarşı zorakılıq əməlləri törətməsini qadağan edir.

"The Independent" məcmuəsinin məlumatına görə, pontifik etiraf edib ki, uşaqlarla yanaşı, böyüklər də din xadimlərinin qurbanı ola bilər. Bundan sonra "səlahiyyətdən sui-istifadəyə" görə cinayət məsuliyyəti nəzərdə tutulacaq. Bundan əlavə, əgər rahib uşağı və ya "müdafiəsiz" qalmış böyüyü zorlasa, o, dini rütbədən də məhrum edilə bilər.

Yeni kodeksdə həmçinin rahiblərin əlindən onlara öz cinayətlərini gizlətməyə imkan verən səlahiyyətləri də alınıb.

Qeyd edək ki, yeni Məcəllənin tələbləri həmçinin Vatikanda yaşayan sadə insanlara da aid olunur. Bununla bağlı sənəddə cərimə və ya xristian icmasından qovulma və işdən azad olunma cəzaları da nəzərdə tutulub.

Nəfslərinə hakim ola bilməyən rahiblər

Katolik kilsəsi dəfələrlə rahiblər tərəfindən zorlanma və səlahiyyətlərdən sui-istifadə hallarına görə tənqid olunub. Növbəti bu cür qalmaqal iki polşalı rahibin sui-istifadə hərəkətləri ilə bağlı olub. 2021-ci ilin mart ayının sonunda papa Fransisk onları kilsədə seksual zorakılıqla bağlı səhlənkarlığa görə cəzalandırıb. Beləliklə, həmin rahiblər öz yeparxiyalarından kənarda yaşamaq göstərişi alıblar. Onlara həmçinin həmin yeparxiyalar ərazisində keçirilən dini bayramlarda və dünyəvi tədbirlərdə də görünmək qadağan olunub.

Eləcə də oxuyun:

  • Hələ belə şey olmamışdı: Rahibin səhvi gənclərə şok yaşatdı
  • Papa ilə eyni köşkdə qalan rahib koronavirusa yoluxdu

31
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

28
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

28
Sputnik V vaksini, arxiv şəkli

Rusiya istehsalı olan "Sputnik V"-nin ilk partiyası Türkiyəyə çatdırılıb

34
Bununla da Çin istehsalı “Sinovac”, Almaniya istehsalı “Biontex” peyvəndindən sonra “Sputnik V” vaksini Türkiyədə kütləvi tətbiq ediləcək üçüncü vaksin olacaq.

BAKI, 14 iyun - Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin ilk partiyası bu gün Türkiyəyə çatdırılıb.

Sputnik Türkiyə xəbər verir ki, “Sputnik V” peyvəndinin ilk partiyasını daşıyan təyyarə Ankara Esenboğa hava limanına enib.

Bununla da Çin istehsalı “Sinovac”, Almaniya istehsalı “Biontex” peyvəndindən sonra “Sputnik V” vaksini Türkiyədə kütləvi tətbiq ediləcək üçüncü vaksin olacaq.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca iyun ayının sonunadək Türkiyəyə 30 milyon doza “Sputnik V”nin idxal ediləcəyini bildirib. O, hələ aprel ayında Türkiyənin 6 ay ərzində 50 milyon doza "Sputnik V" alacağını demişdi. 

 “Sputnik V”nin Türkiyədə istehsalı üçün də iki ölkə arasında müqavilə imzalanıb.

Türkiyədən Rusiyaya təşəkkür 

Türkiyə səhiyyə naziri Fahrettin Koca may ayında koronavirusla mübarizədə dəstək üçün Rusiyaya təşəkkür edib.

"Rusiyanın "Sputnik V" vaksini hazırlanmağa başlayandan bəri biz onun tədarükü üçün əlaqə qurmuşuq. İndi bu vaksinin tədarükü üçün razılaşma imzalanıb. Mən bu razılaşmaya görə Rusiya hökumətinə təşəkkürümü bildirirəm", - Koca jurnalistlərə deyib. 

O əlavə edib ki, Türkiyə müxtəlif koronavirus vaksinlərindən 270 milyon doza sifariş verib, bu isə ölkə əhalisinin sayından üç dəfə çoxdur. 

Sputnik V vaksini

Fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Həm peyvənd, həm də plasebo vurulmuş 19866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

34