Liviyada hərbi parad zamanı faciə baş verib

26
(Yenilənib 11:35 30.05.2021)
Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Mismari Benin Benqazidəki hərbi nümayişin Liviya tarixindəki ən böyük parad olacağını bildirmişdi.

BAKI, 30 may - Sputnik. Liviya Hərbi Hava Qüvvələrinin “MiG-21” qırıcı təyyarəsi Benqazi şəhərində keçirilən hərbi parad zamanı qəzaya uğrayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, qəza zamanı qırıcının pilotu Camal ibn Amer ölüb.

Qeyd edək ki, tədbirdən bir gün öncə Liviya Milli Ordusunun sözçüsü Əhməd əl-Mismari Benin Benqazidəki hərbi nümayişin Liviya tarixindəki ən böyük parad olacağını bildirmişdi.

26
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı sənədi imzalayacaq

3910
(Yenilənib 14:25 23.06.2021)
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəzi məsələlərlə bağlı Azərbaycanla danışıqlar apardıqlarını təsdiqləyib.

BAKI, 23 iyun — Sputnik. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib: "Azərbaycan tərəfi buna öz razılığını veribmi?" sualına cavab olaraq Davtyan bildirib: "Biz öz ərazimizlə bağlı Azərbaycandan heç nə soruşmamalıyıq. Lakin bəzi məsələlərlə bağlı onlarla da danışıqlar aparılır. Ehtiyac olduqda biz Rusiya ilə əməkdaşlıq edirik".

Nəşr, həmçinin iddia edib ki, Nikol Paşinyan yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

3910
Xorvatiya-Şotlandiya matçında oyun məqamı

Xorvatiya millisi şotlandiyalılara qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxdı

316
(Yenilənib 01:35 23.06.2021)
Futbol üzrə Xorvatiya yığma komandası Şotlandiya millisi üzərində Avropa çempionatının qrup mərhələsində qələbə çalaraq 1/8 final mərhələsinə yüksəlib.

"D" qrupunun son turunda Qlazqoda keçirilən qarşılaşma 3:1 hesabı ilə xorvatların xeyrinə başa çatıb. Qalib komandanın heyətində qolları Moskvanın MOİK komandasının oyunçusu Nikola Vlaşiç (17-ci dəqiqə), Luka Modriç (62) və İvan Pereşiç (77) vurublar.

Şotlandiyalıların heyətində Kallum Makqreqor rəqib komandanın qapısına yol tapıb (42).

Stadionda oyuna 9896 azarkeş tamaşa edib.

"D" qrupunun digər oyununda Londonda İngiltərə-Çexiya oyunu 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.

Beləliklə, İngiltərə yığması 7 xalla qrupun lideri olaraq çempionatın 1/8 finalına yüksəlib. Pley-off mərhələsində onun rəqibi "F" qrupunda ikinci yeri tutmuş komanda olacaq.

Xorvatiya millisi 4 xalla öz qrupunda ikinci yerdə qərarlaşıb və 1/8 finalda "E" qrupunda ikinci yeri tutmuş komanda ilə üz-üzə gələcək.

Çexiya millisi son oyunda məğlubiyyətə baxmayaraq qrupda üçüncü yerdən pley-off mərhələsinə adlaya bilib.

Qrupun autsayderi olan Şotlandiya millisi isə üç turda 1 xal toplayaraq turnirdə çıxışlarını başa vurub.

İngiltərə, Xorvatiya və Çexiya komandalarının 1/8 finaldakı rəqibləri çərşənbə günü müəyyən olunacaq.

316
Футболисты сборной Швеции

İsveç millisi Polşa yığmasına qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxıb

0
(Yenilənib 22:15 23.06.2021)
İsveçlilər "E" qrupunda İspaniya, Polşa və Slovakiya komandalarını geridə qoyaraq birinci yeri tutublar.

Futbol üzrə İsveç milli komandası Polşa millsini məğlub edərək Avropa çempionatının qrup mərhələsində "E" qrupunda birinci yeri tutub.

Sankt-Peterburqda keçirilən qarşılaşma 3:2 hesabı ilə skandinaviyalıların xeyrinə başa çatıb.

İsveç komandasında qolları Emil Forsberq (2 və 59-cu dəqiqələrdə) və Biktor Klasson (90+4) vurublar. Polşa komandasında isə Robert Levandovski rəqib qapısının torunu iki dəfə silkələyib (61,84).

Stadionda oyuna 14252 azarkeş tamaşa edib.

Beləliklə, İsveç millisi qrupda 7 xal toplayaraq birinci yerdən 1/8 finala çıxıb. Hesabında 1 xal olan Polşa yığması isə qrupda son yerdə qərarlaşaraq turnirdə çıxışlarını başa vurub.

0