* AZƏRBAYCAN *
Tütün məmulatlarının istehsalı zavodu, arxiv şəkli

Pandemiya dövründə siqaret asılılığı rekord həddə çatıb

426
204 ölkədə aparılan araşdırmanın ən maraqlı tərəfi isə siqaret çəkənlərin 2/3-nün 10 ölkədə yaşamasıdır.

BAKI, 29 may — Sputnik. Bir ildən artıqdır ki, dünyada pandemiyanın davam etməsi bir sıra vərdişlərin aradan çıxması, bəzi yeni asılılıqların  yaranmasına, daha geniş yayılmasına səbəb oldu. Sputnik Azərbaycan-ın xəbərinə görə, tibb dərgisi "Lancet" aparılan bir araşdırmanın nəticələri açıqlanıb. Belə ki, dərginin məlumatına görə, siqaret çəkənlərin sayı artıb. Son rəqəmlərə görə, dünyada siqaret çəkənlərin sayı 1 milyard 100 milyondur.

204 ölkədə aparılan araşdırmanın ən maraqlı tərəfi isə siqaret çəkənlərin 2/3-nün 10 ölkədə yaşamasıdır.

Ən çox siqaret asılılığı olan ölkə kimi Çin ilk yerdə qərarlaşıb. Çində siqaret istehlakçıların sayı 341 milyon olub. Sonrakı yerlərdə Hindistan, İndoneziya, ABŞ, Rusiya gəlir.

Bəlli olub ki araşdırma aparılan ölkələrdə 15-24 yaşlarında siqaretə aludəçiliyin qarşısını almaq istiqamətində aparılan tədbirlər uğursuz olub. Xüsusən də 25 yaşdan tez siqaret aludəçiliyi olan şəxslərin sonradan bu asılılıqdan azad olmaq üçün apardıqları mübarizən in uğursuz olduğu qeyd edilib. Ortalama rəqəm kimi siqaretə başlama yaşı 19 hesab edilib.

Bundan başqa, pandemiyadan öncəki ildə - 2019-cu ildə siqaretdən ölənlərin sayının 8 milyon olduğu qeyd edilib. Siqaretdən asılılıqla mübarizənin də istənilən nəticə vermədiyi qeyd edilib.

Qeyd edək ki, ABŞ hökuməti artıq mentollu siqaretləri qadağan etməyə hazırlaşır.

426
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı sənədi imzalayacaq

3919
(Yenilənib 14:25 23.06.2021)
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəzi məsələlərlə bağlı Azərbaycanla danışıqlar apardıqlarını təsdiqləyib.

BAKI, 23 iyun — Sputnik. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib: "Azərbaycan tərəfi buna öz razılığını veribmi?" sualına cavab olaraq Davtyan bildirib: "Biz öz ərazimizlə bağlı Azərbaycandan heç nə soruşmamalıyıq. Lakin bəzi məsələlərlə bağlı onlarla da danışıqlar aparılır. Ehtiyac olduqda biz Rusiya ilə əməkdaşlıq edirik".

Nəşr, həmçinin iddia edib ki, Nikol Paşinyan yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

3919
Xorvatiya-Şotlandiya matçında oyun məqamı

Xorvatiya millisi şotlandiyalılara qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxdı

316
(Yenilənib 01:35 23.06.2021)
Futbol üzrə Xorvatiya yığma komandası Şotlandiya millisi üzərində Avropa çempionatının qrup mərhələsində qələbə çalaraq 1/8 final mərhələsinə yüksəlib.

"D" qrupunun son turunda Qlazqoda keçirilən qarşılaşma 3:1 hesabı ilə xorvatların xeyrinə başa çatıb. Qalib komandanın heyətində qolları Moskvanın MOİK komandasının oyunçusu Nikola Vlaşiç (17-ci dəqiqə), Luka Modriç (62) və İvan Pereşiç (77) vurublar.

Şotlandiyalıların heyətində Kallum Makqreqor rəqib komandanın qapısına yol tapıb (42).

Stadionda oyuna 9896 azarkeş tamaşa edib.

"D" qrupunun digər oyununda Londonda İngiltərə-Çexiya oyunu 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.

Beləliklə, İngiltərə yığması 7 xalla qrupun lideri olaraq çempionatın 1/8 finalına yüksəlib. Pley-off mərhələsində onun rəqibi "F" qrupunda ikinci yeri tutmuş komanda olacaq.

Xorvatiya millisi 4 xalla öz qrupunda ikinci yerdə qərarlaşıb və 1/8 finalda "E" qrupunda ikinci yeri tutmuş komanda ilə üz-üzə gələcək.

Çexiya millisi son oyunda məğlubiyyətə baxmayaraq qrupda üçüncü yerdən pley-off mərhələsinə adlaya bilib.

Qrupun autsayderi olan Şotlandiya millisi isə üç turda 1 xal toplayaraq turnirdə çıxışlarını başa vurub.

İngiltərə, Xorvatiya və Çexiya komandalarının 1/8 finaldakı rəqibləri çərşənbə günü müəyyən olunacaq.

316
Футболисты сборной Швеции

İsveç millisi Polşa yığmasına qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxıb

0
(Yenilənib 22:15 23.06.2021)
İsveçlilər "E" qrupunda İspaniya, Polşa və Slovakiya komandalarını geridə qoyaraq birinci yeri tutublar.

Futbol üzrə İsveç milli komandası Polşa millsini məğlub edərək Avropa çempionatının qrup mərhələsində "E" qrupunda birinci yeri tutub.

Sankt-Peterburqda keçirilən qarşılaşma 3:2 hesabı ilə skandinaviyalıların xeyrinə başa çatıb.

İsveç komandasında qolları Emil Forsberq (2 və 59-cu dəqiqələrdə) və Biktor Klasson (90+4) vurublar. Polşa komandasında isə Robert Levandovski rəqib qapısının torunu iki dəfə silkələyib (61,84).

Stadionda oyuna 14252 azarkeş tamaşa edib.

Beləliklə, İsveç millisi qrupda 7 xal toplayaraq birinci yerdən 1/8 finala çıxıb. Hesabında 1 xal olan Polşa yığması isə qrupda son yerdə qərarlaşaraq turnirdə çıxışlarını başa vurub.

0