SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan istefa verib

© Photo : Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел Армении Ара Айвазян, фото из архива
Министр иностранных дел Армении Ара Айвазян, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Ara Ayvazyan xarici işlər naziri vəzifəsinə 18 noyabr 2020-ci ildə təyin edilmişdi. O, bu postda Zohrab Mnatsakanyanı əvəz etmişdi.

BAKI, 27 may - Sputnik. Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan vəzifəsindən istefa verib.

Sputnik Ermənistan-ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan “Facebook” hesabında yazıb.

Qeyd edək ki, Ara Ayvazyan xarici işlər naziri vəzifəsinə 18 noyabr 2020-ci ildə təyin edilmişdi. O, bu postda Zohrab Mnatsakanyanı əvəz etmişdi. Onların hər ikisi ölkə rəhbərliyi ilə fikir ayrılıqları fonunda vəzifədən ayrılıb.

Ayvazyan nazir olmamışdan əvvəl Ermənistanın Litva, Latviya və Estoniyadakı səfiri olub.

Xəbər lenti
0