Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml təsdiqlədi: Görüş yeri Cenevrə

© Sputnik / Aleksey Druzhinin / Mediabanka keçidВстреча Владимира Путина с Джозефом Байденом в Москве
Встреча Владимира Путина с Джозефом Байденом в Москве - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Əldə edilmiş razılığa uyğun olaraq, Rusiyal Federasiyasının Prezidenti Vladimir Putin iyunun 16-da Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenlə danışıqlar aparacaq

BAKI, 25 may - Sputnik. Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Cozef Baydenlə iyunun 16-da Cenevrədə görüşəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Kreml yayıb. 

"Əldə edilmiş razılığa uyğun olaraq, Rusiyal Federasiyasının Prezidenti Vladimir Putin iyunun 16-da Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenlə danışıqlar aparacaq", - deyə məlumatda bildirilir. 

Bundan əvvəl Bayden Putinə üçüncü ölkə ərazisində sammit keçirməyi təklif etmişdi.

Rusiya-ABŞ münasibətlərində nə baş verir?

Rusiya Xarici İşlər Nazirlinin müavini Sergey Ryabkov daha əvvəl RBK-ya müsahibəsində bəyan edib ki, Rusiya tərəfi sabitlik və proqnozlaşdırıla bilmək məsələsində ABŞ-dan az maraqlı deyil. 

"Mövcud suallar toplusunu belə acınacaqlı vəziyyətə gətirən Rusiya deyildi. Əksinə, çox uzun müddətdir, faktiki olaraq Barak Obama administrasiyası dövründən bəri Rusiya tərəfi səbir və təmkin nümayiş etdirib", - deyə o, bildirib. 

"Vaşinqtona vəziyyəti gərginləşdirmək üçün deyil, vəziyyəti düzəltməyə başlamaq üçün fürsət verməyə çalışdıq. Təəssüf ki, bu nəticə vermədi və biz bu gün əlimizdə olanlarla kifayətlənmək məcburiyyətində qaldıq", - Ryabkov deyib.

XİN təmsilçisinin sözlərinə görə, Rusiya tərəfi öz mövqeyinə qətiyyətlə əməl edir: "ABŞ-la keyfiyyətli dialoq yalnız qarşılıqlı hörmət və maraqlarımız nəzərə alınmaq şərti ilə mümkündür. Lakin Vaşinqton ağlabatan əsasda bir razılığa gəlmək istəmir".

Qeyd edək ki, iki liderin görüş yeri olmağa namizəd şəhərlər arasında ən son iddiaçı Cenevrə olub. Beləliklə, Baydenin Putinlə görüşü ABŞ prezidentin vəzifəyə başladığı gündən bəri çıxdığı beynəlxalq səfərlərin yekunu olacaq.

Qeyd edək ki, məşhur "Politico" nəşri dünyanın iki aparıcı dövlətinin liderlərinin Bakıda görüşə biləcəyi ehtimalını irəli sürmüşdü. Xəbərdə bildirilirdi ki, ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri hər iki prezidentin görüşünün Çexiyanın paytaxtı Praqa, İslandiyanın paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycanın paytaxtı Bakıda keçirilə biləcəyini istisna etmirlər.

Həmçinin oxuyun: 

Putinlə Baydenin görüş yeri açıqlandı

Rusiya Putinlə Baydenin görüşü ideyasına müsbət yanaşır

Baydeni Bakıda gözləyəkmi? Görüşdə qərarlıdır

İndi də Bayden Kim Çen Inla görüşmək istəyir

Xəbər lenti
0