Qəzzada atəşkəs başladı: Fələstinlə İsrail razılığa gəldi

© AP Photo / Adel HanaМужчина рассматривает обломки разрушенного в результате авиаудара здание в секторе Газа
Мужчина рассматривает обломки разрушенного в результате авиаудара здание в секторе Газа - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
Misir atəşkəsə əməl olunmasına nəzarət və bölgədə sabitliyin təmin edilməsi məqsədilə Qəzza zolağına iki təhlükəsizlik heyəti göndərəcək.

BAKI, 21 may — Sputnik. İsraillə Fələstin arasında 11 günlük qarşıdurmadan sonra bağlanan atəşkəs razılaşması bu gecə yerli vaxtla saat 02:00-da başlayıb. Bu barədə Türkiyənin NTV kanalı məlumat yayıb.

Qərar İsrail Təhlükəsizlik Kabinetinin Qəzza zolağına hücumları dayandırmaq məqsədilə keçirilən iclasında qəbul olunub. Atəşkəsin başlamasından bir neçə saat əvvəl İsrail döyüş təyyarələri Qəzza zolağının şimalındakı bölgələrə hava zərbələri endirib.

İsrail rəhbərliyi Fələstin İslam Müqavimət Hərəkatı (HƏMAS) ilə atəşkəs razılaşması əldə edildiyini təsdiqləyib.

HƏMAS-ın mətbuat katibi Sami Əbu Zuhri də Qəzza zolağında İsraillə atəşkəsi əldə olunduğunu təsdiqləyib. Zuhri Anadolu Agentliyinə verdiyi müsahibədə qeyd edib ki, tərəflər arasında vasitəçilik edən Misir HƏMAS rəhbərliyini İsrailin atəşkəs qərarı barədə məlumatlandırıb. Zuhri qarşıdurmanın Fələstinin İsrail üzərində qələbəsi ilə nəticələndiyini də sözlərinə əlavə edib.

O da bildirilir ki, Misir atəşkəsə əməl olunmasına nəzarət və bölgədə sabitliyin təmin edilməsi məqsədilə Qəzza zolağına iki təhlükəsizlik heyəti göndərəcək.

Xatırladaq ki, Şərqi Qüdsdə fələstinlilərlə İsrailin sərhəd polisi arasında genişmiqyaslı toqquşmalar eyni anda iki bölgədə baş verib: Məbəd dağı yaxınlığında və İsrail məhkəməsinin qərarı ilə bir neçə ərəb ailəsinin qovulduğu Şeyx Cərrah məhəlləsində. İğtişaşlara çevrilən etiraz aksiyaları bir həftədən çoxdur ki, davam edir.

Ümumilikdə, eskalasiyanın başlanmasından bəri Fələstin anklavından İsrail ərazisinə təxminən 3700 raket atılıb ki, onların da təxminən 540-ı anklavın öz ərazisinə düşüb.

İsrail tərəfinin verdiyi məlumata görə, qarşıdurmaların başlamasından bu yana 12 nəfər ölüb, 50-dən çox insan ağır yaralanıb. İsrailin cavab hücumu nəticəsində ölən fələstinlilərin sayı isə 217-yə çatıb. Ölənlərdən 63-ü uşaqdır.

Xəbər lenti
0