NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

NATO soyuq müharibə istəmir, amma...

22
(Yenilənib 15:48 15.05.2021)
Yens Stoltenberq: Rusiyaya iqtisadi sanksiyalar və təzyiqləri davam etdirmək, eyni zamanda danışıqlara hazır olmaq lazımdır.

BAKI, 15 may- Sputnik. "NATO Rusiya ilə dialoqa hazır olaraq qalır, lakin bu ölkəyə qarşı iqtisadi təzyiq azaldılmamalıdır."

APA Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Rusiyaya ikitərəfli yanaşmamızın əsasını çəkindirmə, müdafiə və dialoq təşkil edir. Biz Rusiyaya dialoq təklif edirik, amma Rusiya hələ də aqressiv davranır. NATO yeni bir "Soyuq Müharibə" və ya silah yarışı istəmir, ancaq biz beynəlxalq hüququn pozulmasını qəbul edə bilmərik", - deyə NATO baş katibi bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Rusiyaya iqtisadi sanksiyalar və təzyiqləri davam etdirmək, eyni zamanda danışıqlara hazır olmaq lazımdır.

22
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

100
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

100
Sputnik V vaksini, arxiv şəkli

Rusiya istehsalı olan "Sputnik V"-nin ilk partiyası Türkiyəyə çatdırılıb

34
Bununla da Çin istehsalı “Sinovac”, Almaniya istehsalı “Biontex” peyvəndindən sonra “Sputnik V” vaksini Türkiyədə kütləvi tətbiq ediləcək üçüncü vaksin olacaq.

BAKI, 14 iyun - Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı Rusiya istehsalı “Sputnik V” peyvəndinin ilk partiyası bu gün Türkiyəyə çatdırılıb.

Sputnik Türkiyə xəbər verir ki, “Sputnik V” peyvəndinin ilk partiyasını daşıyan təyyarə Ankara Esenboğa hava limanına enib.

Bununla da Çin istehsalı “Sinovac”, Almaniya istehsalı “Biontex” peyvəndindən sonra “Sputnik V” vaksini Türkiyədə kütləvi tətbiq ediləcək üçüncü vaksin olacaq.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca iyun ayının sonunadək Türkiyəyə 30 milyon doza “Sputnik V”nin idxal ediləcəyini bildirib. O, hələ aprel ayında Türkiyənin 6 ay ərzində 50 milyon doza "Sputnik V" alacağını demişdi. 

 “Sputnik V”nin Türkiyədə istehsalı üçün də iki ölkə arasında müqavilə imzalanıb.

Türkiyədən Rusiyaya təşəkkür 

Türkiyə səhiyyə naziri Fahrettin Koca may ayında koronavirusla mübarizədə dəstək üçün Rusiyaya təşəkkür edib.

"Rusiyanın "Sputnik V" vaksini hazırlanmağa başlayandan bəri biz onun tədarükü üçün əlaqə qurmuşuq. İndi bu vaksinin tədarükü üçün razılaşma imzalanıb. Mən bu razılaşmaya görə Rusiya hökumətinə təşəkkürümü bildirirəm", - Koca jurnalistlərə deyib. 

O əlavə edib ki, Türkiyə müxtəlif koronavirus vaksinlərindən 270 milyon doza sifariş verib, bu isə ölkə əhalisinin sayından üç dəfə çoxdur. 

Sputnik V vaksini

Fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Həm peyvənd, həm də plasebo vurulmuş 19866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

34
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

0