Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: İsrailin tökdüyü qanı dəstəkləyənər bir gün növbələrinin gələcəyini bilməlidirlər

26
Türkiyə lideri: “Azərbaycanın Dağlıq Qarabağı və işğal olunmuş digər ərazilərini azad etməsi üçün apardığı mübarizəni hansı formada dəstəklədiksə, bu gün də zülmə qarşı eyni duyğu ilə davranırıq".

BAKI, 14 may - Sputnik. “İllərdir Fələstində, xüsusən də Qüdsdə davam edən və Ramazan ayının son günlərində daha da şiddətlənən hücumlar səbəbiylə bayrama kədərli bir şəkildə daxil olduq. Çünki dərd içindəyik, dərdimiz var”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, rəsmi Ankaranın bu məsələ ilə bağlı tamamilə prinsipial mövqeyi var: “Azərbaycanın Dağlıq Qarabağı və işğal olunmuş digər ərazilərini azad etməsi üçün apardığı mübarizəni hansı formada dəstəklədiksə, bu gün də zülmə qarşı eyni duyğu ilə davranırıq. Suriya ilə sərhədlərimizdə qurulmağa təşəbbüs göstərilən terror dəhlizinə icazə vermədiyimiz kimi, bu gün də Əl-Əqsa məscidinə uzanan əllərin qarşısında dururuq”.

R.T.Ərdoğan beynəlxalq ictimaiyyəti Qüdsdə baş verənlərlə bağlı təcili addımlar atmağa çağırıb: “Beynəlxalq ictimaiyyətin bu məsələyə biganə qalmasına təəssüflənirik. Susanlar, İsrailin tökdüyü qanı və ya hörmətsizliyini açıq şəkildə dəstəkləyənər bir gün onların növbəsinin gələcəyini bilməlidirlər. İsrailin Fələstinə, xüsusən də Qüdsə təcavüzünü dərhal dayandırmasaq, sabah hamı bu qəddarlığın hədəfində olacaq. Bütün dünya məhəl qoymasa da, biz İsrailin zülmünə göz yummayacağıq”.

26
ABŞ Dövlət Departamenti

Atəşkəsin pozulmasına beynəlxalq reaksiya: Dövlət Departamenti Kəlbəcər barədə

4906
(Yenilənib 13:04 29.07.2021)
ABŞ Ermənistan və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda substantiv müzakirələrə qayıtmağa çağırır.

BAKI, 29 iyul — Sputnik. Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca gərginliyin artmasını pisləyir. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü Ned Prays bildirib.

O bildirib ki, ABŞ Ermənistan və Azərbaycanı vəziyyəti gərginləşdirməmək üçün dərhal addımlar ataraq atəşkəslə bağlı öhdəliklərini yerinə yetirməyə çağırır.

"Ermənistan-Azərbaycan sərhədində davam edən gərginlik, yalnız həll olunmamış bütün məsələləri əhatə edən hərtərəfli həll yolunun iki ölkə arasındakı münasibətləri normallaşdıra biləcəyini və bölgə xalqlarının birlikdə sülh şəraitində yaşamasını təmin edə biləcəyini göstərir. ABŞ Ermənistan və Azərbaycanı münaqişənin uzunmüddətli siyasi həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında ən qısa zamanda substantiv müzakirələrə qayıtmağa çağırır", - deyə Ned Prays bildirib.

Moskvanın reaksiyası

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə təcili toplantı keçirib. İclasda Rusiyanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Əfqanıstan, eləcə də Azərbaycanla Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.

Putinin sözçüsü Dmitri Peskov bildirib ki, iclasda Federasiya Şurasının spikeri Valentina Matviyenko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Kreml administrasiyasının rəhbəri Anton Vayno, TŞ katibi Nikolay Patruşev, DİN rəhbəri Vladimir Kolokoltsev, FTB direktoru Aleksandr Bortnikov, XKX rəhbəri Sergey Narışkin, prezidentin xüsusi nümayəndəsi Sergey İvanov iştirak ediblər.

"İclas zamanı iştirakçılar Rusiyanın sosial-iqtisadiu inkişafının cari məsələlərini müzakirə ediblər. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri, o cümlədən Əfqanıstanda və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə də toxunulub"

Ankaranın reaksiyası

"Ermənistan tərəfindən Azərbaycanın sərhəd rayonlarının atəşə tutulması regionun təhlükəsizliyi üçün təhdiddir. Bunu Türkiyə Parlamentinin sədri Mustafa Şəntop bildirib.

Türkiyə Parlamentinin spikeri hesab edir ki, Ermənistan tərəfindən təxribatlar regional müharibəyə səbəb ola bilər.

Həmçinin oxuyun: 

* MN: Azərbaycan Ordusu Kəlbəcər istiqamətində atəşkəsə riayət edir

* Rusiya Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üçün məlumatlar təklif edir

Putin Azərbaycanla Ermənistan sərhədindəki vəziyyətlə bağlı təcili iclas çağırdı

* MN: Azərbaycan Rusiyanın atəşkəs təşəbbüsünə razılıq verdi, Ermənistan isə...

* Ermənistan atəşkəsi pozmaqla nəyə nail olmaq istəyir? – Arzu Nağıyev şərh edir

4906
Albert Eynşteyn

İlk dəfə: Eynşteynin nəzəriyyəsinin sübutunu gördülər

3598
(Yenilənib 01:08 29.07.2021)
İlk dəfə yaşanan bu hal Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin nəzərdə tutduğu, ancaq indiyədək sübut olunmadığı hadisədir.

BAKI, 29 iyul – Sputnik. Nəhəng qara dəliyin Kainata yaydığı rentgen şüalarını müşahidə edən alimlər qəribə parıltılar seziblər, məlum olub ki, bu, dəliyin o biri tərəfinin əksidir.

İlk dəfə yaşanan bu hal Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin nəzərdə tutduğu, ancaq indiyədək sübut olunmadığı hadisədir. Sputnik Azərbaycan bildirir ki, araşdırma nəticəsi Nature jurnalında dərc edilib.

Stenford Universitetinin astrofiziki Den Uilkins Qalaktikanın mərkəzindəki nəhəng qara dəliyin öyrənilməsi ilə məşğuldur. Bu dəlik bizdən 800 milyon işıq ili aralıda yerləşir. Alim gözlənilməz hal müşahidə edib: rentgen şüaları ilə yanaşı, teleskoplar əsas şüalardan sonra yaranan digər işıq parıltılarını da qeydə alıb, onların parlaqlığı az olsa da, müxtəlif “rənglərdə” olub. Hesablamalara görə, bu işıq əksləri, yaxud da işıq əks-sədası qara dəliyin arxa tərəfinin əks etdirdiyi rentgen şüalarına uyğun gəlir.

“Qara dəliyə düşən istənilən işıq ondan çıxmır, bu səbəbdən də qara dəliyin arxasında olan heç nəyi biz görə bilmərik, - Stenford Universitetinin SLAC tezləşdirici laboratoriyasının və Elementar Hissəciklərin Astrofizikası İnstitutunun elmi işçisi Den Uilkins yazıb. – Bunu görməyimizin səbəbi odur ki, qara dəlik fəzanı əyir, işığı sapdırır və ətrafındakı maqnit sahələrini bürüb-bükür”.

Tədqiqat ilk başdan tacın – bəzi qara dəliklərin malik olduğu elementin - öyrənilməsinə həsr olunmuşdu. Nəhəng qara dəliyin üzərinə düşən material Kainatda ən parlaq arasıkəsilməyən işıq mənbələrini qidalandırır və bu zaman qara dəliyin ətrafında rentgen işığından ibarət tac yaradır.

Mövcud nəzəriyyəyə görə, bu elementin formalaşması qazın qara dəliyə keçməsi və orada milyon dərəcəyədək qızması ilə yaranır. Belə temperaturda elektronlar atomlardan ayrılır, maqnitlənmiş plazma yaradır. Qara dəliyin super sürətlə fırlanmasının təsiri ilə maqnit sahəsi qara dəliyin üzərində əyilməyə başlayır, sonra öz ətrafında elə sürətlə dönür ki, nəticədə tamamilə dağılır. Bu hal Günəşin ətrafında baş verənlərə bənzəyir. Buna görə də alimlər bu hadisəni Günəşdəkinə bənzədərək qara dəlik tacı adlandırırlar.

“Bu, maqnit sahəsidir, qara dəliyə yaxın və onunla bağlı olan sahə ətrafındakı hər şeyi qızdırır və belə yüksək enerjiyə malik elektronları əmələ gətirir, onlar isə rentgen şüalarını yaradır, - Uilkins izah edib. Bir neçə il ərzində mən nəzəri cəhətdən bu prosesi düşünürdüm, ona görə də teleskopda bunu görən kimi mənşəyinin nəyə bağlı olduğunu anladım”.

“Əlli il əvvəl, astrofiziklər maqnit sahəsinin özünü qara dəliyin yanında necə apardığını düşünməyə başlayarkən, heç bilməzdilər ki, bu hadisəni birbaşa müşahidə etmək üçün metodlarımız peyda ola bilər və Eynşteynin ümumi nisbilik nəzəriyyəsini gerçəklikdə görə bilərik”, - tədqiqatın digər müəllifi, Stenford Universitetinin professoru Rocer Blandford deyib.

Müəlliflər qara dəliklərin tacını öyrənməyə davam edəcəklər. Bu prosesdə onlar Avropa Kosmik Agentliyinin 2031-ci ildə buraxmağı planlaşdırdığı “Afina” kosmik teleskopuna böyük ümid bəsləyirlər.

Eləcə də oxuyun:

3598
Teqlər:
Albert Eynşteyn, Stenford Universiteti, alim, işıq, şüa, rentgen, qara dəlik, kosmos
 Azərbaycan Respublikasının Baş Prokurorluğu

Prokurorluq atılan yenidoğulmuşla bağlı araşdırma apardı - Nəticələr var

0
Ana ilə profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

BAKI, 29 iyul — Sputnik. Ağcabədi rayonunda tapılmış yeni doğulmuş körpə ilə bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.  

Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilib, onunla profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.

Qeyd edək ki, bir neçə gün öncə kütləvi informasiya vasitələrində və sosial media səhifələrində 22 iyul 2021-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpənin tapılması ilə bağlı məlumat paylaşılmışdı.

Xatırladaq ki, bu ay ərzində bir neçə belə hal aşkarlanıb. Belə ki, bundan öncə Sumqayıtda və Ucarda da yenidoğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıblar.

Həmçinin oxuyun:

Yeni doğulmuş körpəni Şəhidlər xiyabanına atdılar

Yeni doğulan körpələrinizi mütləq eşitmə testindən keçirin, sonra gec ola bilər

Rusiyada yeni doğulanların sayı 25% azalıb

0