Nikol Paşinyan, arxiv şəkli

Erməni rejissor-animatoru Paşinyanı siçovula bənzədib

15
Rejissor deyib ki, Nikol Paşinyan və komandası hakimiyyətdə qalsa, o zaman Azərbaycan prezidenti İlham Əliyevin bütün arzuları və planları tam olaraq reallaşacaq.

BAKI, 12 may — Sputnik. Tanınmış erməni rejissor-animator David Sahakyants Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanı siçovula bənzədib.

Sputnik Azərbaycan Ermənistan mətbuatına istinadən xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib: "Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hər hansı bir cizgi filmi obrazı ilə müqayisə oluna bilsəydi, mən onu daim gözləri qaynayan, özünə məkanda yer tapa bilməyən və daima bir şey oğurlamaq istəyən bir siçovulla müqayisə edərdim",-deyə Sahakyants qeyd edib.

Onun fikrincə, Paşinyan hakimiyyətdə nə qədər çox qalırsa, bu bənzətməyə bir o qədər də əmin olur: "Bu müqayisə ağlıma gələn ilk şeydir",-deyə Sahakyants bildirib.

Rejissor əlavə edib ki, Nikol Paşinyan və komandası hakimiyyətdə qalsa, o zaman Azərbaycan prezidenti İlham Əliyevin bütün arzuları və planları tam olaraq reallaşacaq.

 

15
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Co Bayden-in Cenevrədəki Villa La Grangedəki görüşü, 16 iyun 2021-ci il

Başlanğıc çox şey vəd edir: Putin-Bayden görüşündən sonra dünya siyasətində dəyişəcək

1290
(Yenilənib 23:27 17.06.2021)
Ekspertlərin fikrincə, Putin və Baydenin görüşündən sonra Avropa üçün Rusiya ilə dostluq etmək daha asan olacaq.

BAKI, 17 iyun — Sputnik. Sputnik, Nikita Çikunov. Dünən Rusiya və ABŞ prezidentlərinin Cenevrədə görüşü keçirilib. Hər iki lider görüşün nəticələrindən razı qalıblar. Bəs, danışıqlar ölkələr arasında yaxınlaşmaya və sanksiyaların yumşaldılmasına gətiribmi? İki liderin söhbəti Rusiyanın Avropa ilə münasibətlərinə necə təsir edəcək? Bu barədə Sputnik-in materialında.

Gələcəyə hesablanmış nəticələr

İyunun 16-da Cenevrədə Vladimir Putin və Co Bayden arasında keçirilmiş görüş iki ölkə arasındakı münasibətlərdə inqilabi dəyişikliklərə gətirmədi, lakin danışıqlar tam və dolğun dialoqun başlanğıcını qoya bilər. "Rissiya Seqodnya" BİA beynəlxalq multimedia mərkəzində sammitin nəticələrinə həsr olunmuş müzakirədə iştirak edən ekspertlər bu fikirdədilər.

Rusiya beynəlxalq məsələlər üzrə Şurasının (RBMŞ) baş direktoru Andrey Kortunovun fikrincə, prezidentlərin görüşünün vacib nəticəsi Rusiya və ABŞ-ın strateji silahlara nəzarətə sadiq olmaları barədə birgə bəyanatın olub.

"Strateji hücum silahları – 3" müqaviləsinin müddəti daha beş il uzadılmasına rəğmən, vaxt o qədər də çox deyil. Çox istərdik ki, tərəflər silahlara nəzarətə dair yeni model barədə razılığa gəlsinlər", — deyə o bildirib.

Ekspert onu da əlavə edib ki, ABŞ-ın qarşılıqlı məsləhətləşmələrin mövzuları sırasına kibertəhlükəsizlik problemini daxil etməsi də kifayət qədər əhəmiyyətli görünür. Əvvəllər bu cür fikirlərə Amerika tərəfi mənfi münasibət bəsləyirdi və Moskvanı heç bir sübut olmadan haker hücumlarında ittiham etməyə üstünlük verirdi.

Daha sonra Kortunov deyib ki, səfirlərin qarşılıqlı surətdə Moskva və Vaşinqtona qaytarılması da müəyyən nikbinlik doğurur. Lakin ekspert onu da qeyd edib ki, diplomatik münasibətlərin tam bərpası üçün bu kifayət deyil.

"Səfirlər bir növ "general"lardır. Amma istənilən generalların "ordusu" olmalıdır. Bu o deməkdir ki, hər halda səfirliklərin işini tam həcmdə bərpa etmək, diplomatları, konsulluq xidmətlərini qaytarmaq lazımdır", — deyə mütəxəssis bildirir.

Rusiya elmlər akademiyası ABŞ və Kanada İnstitutunun direktoru Valeri Qarbuzov hesab edir ki, Rusiya-ABŞ münasibətlərində çoxlu problem qalaqlanaraq qalıb və onlar elə ilk görüşdən sonra yoxa çıxmayacaq.

"Zirvə görüşü məsləhətləşmələrə, danışıqlara start verməlidir. Əgər işçi qruplar formalaşdırılsa, görüşlər başlasa və bütün bunları dövlət başçılarının telefon danışıqları və əyani görüşləri tamamlasa, o zaman dialoq bərpa olunacaq. Nəticələri artıq yaxın həftələr ərzində görəcəyik", — deyə ekspert proqoz verib.

Trampın getdiyi yolu təkrar etməmək

Qarbuzov hesab edir ki, Cenevrə sammiti qeyri-iradi olaraq Vladimir Putinlə Donald Tramp arasında 2018-ci ilin iyulunda – demək olar ki üç il əvvəl Helsinkidə keçirilən görüşlə müqayisə olunur.

"Trampla danışıqlardan da hamının çoxlu gözləntiləri vardı. Bəziləri bu görüşü hətta tarixi görüş hesab edirdilər. Söhbət xoş keçmişdi, hamının üzündə təbəssüm vardı. Nəticədə isə hər şey "qum dəryasında batdı". Cenevrədəki zirvə görüşü barədə də gələcəkdə eynilə bu cür danışmağı istəməzdim", — deyə ekspert fikirlərini bölüşüb.

Kortunov bildirir ki, bununla yanaşı, Putunlə görüşün kifayət qədər tez təşkil olunması Baydenin xeyrinədir. ABŞ-ın əvvəlki prezidenti Donald Trampa Rusiya lideri ilə ilk və son ayrıca görüşün keçirilməsi üçün il yarım vaxt lazım olmuşdu.

Qarbuzovun qənaətinə görə, daha bir fərq isə Bayden və Tramp administrasiyalarının Rusiya-ABŞ münasibətlərini müxtəlif cür qəbul etməsindədir.

"Ağ Evin hazırkı rəhbərliyi Rusiyaya qarşı "yeni" adlandırılan münasibətdən – seçmə əməkdaşlıqdan danışır. Bu ilişmək üçün çox yaxşı bir səbəbdir. Gələcək əməkdaşlığın əsas xətti silahlara nəzarət, strateji təhlükəsizlik problemləri ola bilər. Gələcəkdə gündəliyi genişləndirmək olar. Görüşün nəticələri əsasında tərəflərin imzaladığı bəyannamə çox şey vəd edən bir başlanğıcdır", — deyə ekspert bildirib.

Avropa, sanksiyalar və Ukrayna

Valeri Qarbuzovun fikrincə, ABŞ-Rusiya münasibətlərində hətta kiçik bir "istiləşmə" Vaşinqtonun avropalı müttəfiqlərinin anti-Rusiya ritorikasının zəifləməsini qaçılmaz edəcək. Odur ki, sammitin müsbət nəticələnməsi geosiyasi cəhətdən Moskva üçün sərfəlidir.

"Artıq Brüsseldə Rusiya ilə əməkdaşlıq tərəfdarları üçün bir qədər rahat olacaq. Çünki Aİ-nin nəzərləri istənilən halda Vaşinqtona yönəlir. Onlar ABŞ-ın Rusiyaya münasibətdə mövqeyini nəzərə alırlar. Hesab edirəm ki, Almaniya, İtaliya və Fransadakı həmkarlarımız üçün yeni təşəbbüslər irəli sürmək, Moskva ilə qarşılıqlı fəaliyyətə dair yeni formatlar təklif etmək Cenevrədəki görüşdən əvvəlkinə nisbətən daha asan olacaq", — deyə Kortunov həmsöhbəti ilə razılaşıb.

Ekspert həmçinin danışıqların işi 2014-cü ilin aprelində dayandırılmış Rusiya-NATO Şurasının işinin bərpa edilməsinə kömək edəcəyini də istisna etmir. Əlaqələrin bərpası Avropada təhlükəsizliyin möhkəmləndirilməsi üçün əlavə imkanlar yarada bilərdi.

RBMŞ-nin proqram direktoru İvan Timofeyev hesab edir ki, Rusiyaya qarşı Qərb sanksiyaları məsələsində heç bir dəyişiklik baş verməyəcək.

"ABŞ-ın heç bir sanksiyası yaxın vaxtlarda ləğv olunmayacaq. Bunun üçün zəmin yoxdur. Bir sıra sanksiyalar ABŞ qanunvericiliyində təsbit olunub. Bayden yalnız onların təsirini dayandıra bilər, necə ki, "Şimal axını-2" ilə bağlı oldu. Lakin ləğv edə bilməz. Düşünürəm ki, sanksiyalar yumşalmayacaq da. Amma yeni "əjdaha" tədbirlərin olacağını da gözləmək lazım deyil", — deyə o bildirib.

Kortunov isə bildirib ki, iki ölkənin liderləri yenə də bəzi vacib məsələlərə dair qarşılıqlı anlaşmaya nail ola bilmədilər. Ekspertin fikrincə, bu cür problemli mövzulardan biri Ukraynadır. Bu məsələdə tərəflərin baxışları ciddi şəkildə fərqlənir – hələ ki, tərəflərin mövqelərinin vəhdətinə ümid etmək mümkün deyil.

"Hər iki prezident bu mövzuya toxunub, lakin heç bir razılığa gəlmədilər. Ümumi bir anlaşma var ki, Minsk razılaşmalarına riayət olunmalıdır. Problem ondadır ki, həmin razılaşmalara riayət olunması Rusiya və ABŞ tərəfindən fərqli başa düşülür. Düstur təkrar olundu, lakin hər kəs öz fikrində qaldı. Ukrayna məsələsi qaldırılırdı, lakin bu istiqamətdə irəliləyiş əldə olunmadı", — deyə İvan Timofeyev fikrini tamamlayıb.

1290
Vladimir Putin

Rusiya lideri Baydeni "peşəkar" adlandırdı - RF prezidentinin görüş təəssüratları

1657
(Yenilənib 20:44 17.06.2021)
Cenevrənin La Qranj villasındakı görüşdən sonra Rusiya liderinin ABŞ prezidenti barədə söylədiyi fikirlər maraqlıdır.

BAKI, 17 iyun - Sputnik. Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydeni peşəkar adlandırıb.

"Onunla çox diqqətlə işləmək lazımdır, heç nəyi buraxmamaq üçün. O özü də heç nəyi buraxmır, inandırım sizi", - Rusiya lideri Ali Dövlət idarəetməsi məktəbininkadr ehtiyatları proqramının məzunları ilə görüşdə bildirib.

O Baydenlə bir-birilərini həlledici mövqelər üzrə başa düşdüklərini qeyd edib.

Həmçinin Putin vurulayıb ki, ABŞ prezidentinin KİV-in təsvir etdiyi obrazı həqiqətə uyğun deyil.

"Bayden gümrah görünür. Biz onunla iki saat yarım danışdıq, o tamamilə gümrahdır", - dövlət başçısı təəssüratlarını bölüşüb.

Putin - Bayden görüşü

Cenevrədə iyunun 16-da Putinlə Baydenin tamformatlı sammiti keçirilib. Prezidentlər təkbətək və geniş tərkibdə 4,5 saat görüşüblər və razılaşmalar əldə ediblər. Belə ki, Rusiya lideri bəyan edib ki, strateji sabitliyə dair idarələrarası səviyyədə məsləhətləşmələrə başlamaq barədə qərar verilib. Bundan əlavə, tərəflər nüvə müharibəsində qaliblərin ola bilməyəcəyi barədə prinsipə sadiqliyə dair birgə bəyanat qəbul ediblər.

Rusiya - ABŞ birgə bəyanatı

Çərşənbə günü, iyunun 16-da Cenevrədə "La Qranj" iqamətgahında keçirilən görüşdın sonra Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden birgə bəyanat veriblər.

Bəyanatın əsas məqamları:

"Biz - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden qeyd edirik: Rusiya və ABŞ, hətta gərginlik dövründə strateji sahədə yəqinliyin təminatı üzrə birgə məqsədlərin reallaşdırılmasında, hərbi münaqişə və nüvə müharibəsi təhlükəsi risklərinin azaldılmasında inkişafa nail ola biləcəklərini nümayiş etdirdilər. 

Bu yaxınlarda SHS üzrə Müqavilənin uzadılması bizim nüvə silahlarına nəzarətə sadiq qaldığımızı sübut edir. Bu gün biz nüvə müharibəsində qalibin olmadığı və onun ümumiyyətlə heç bir zaman başladılmaması prinsipinə sadiqliyimizi nümayiş etdirdik. 

Bu məqsədlərə çatmaq üçün Rusiya və ABŞ yaxınlarda strateji sabitlik üzrə predmetli və enerjili ikitərəfli kompleks dialoq başladacaqlar. Bu cür dialoq vasitəsilə biz gələcək silahlanmaya nəzarət və risklərin azaldılması tədbirlərinin əsasını qoymağa can atırıq".

Həmçinin oxuyun:

Rusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə birgə bəyanatı

Rusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdi

Putin ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan vergi ilə bağlı ideyası barədə

Putin Rusiya-ABŞ sammitinin yekunları barədə vacib bəyanatlar verib

1657
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

0
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

0