Türkiyə XİN Kazandakı terror aktı ilə bağlı Rusiya və Tatarıstana başsağlığı verib

© Photo : Social media page of MFA TurkeyTürkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli
Türkiyə Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
“Dost Rusiya Federasiyasına və Tatarıstan xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə XİN-in bəyanatında qeyd olunur.

BAKI, 11 may - Sputnik. Türkiyə Xarici İşlər Nazirliyi Rusiyanın Kazan şəhərində çox sayda insanın ölümünə səbəb olan silahlı terror aktını qınayan bəyanat yayıb.

Sputnik Türkiyə xəbər verir ki, nazirlik bəyanatında bu mənfur hücumda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyib.

“Dost Rusiya Federasiyasına və Tatarıstan xalqına dərin hüznlə başsağlığı veririk”, - deyə XİN-in bəyanatında qeyd olunur.

Xatırladaq ki, bü gün Tatarıstanın paytaxtı Kazan şəhərində Fayzi küçəsində yerləşən 175 saylı orta məktəbdə iki nəfər məktəbliləri və müəllimləri atəşə tutub. Nəticədə xeyli sayda uşaq və müəllim həyatını itirib, yaxud da yaralanıb. Hadisəni törədən 19 yaşlı şəxs saxlanılıb, bir yeniyetmə isə zərərsizləşdirilib. 

Xəbər lenti
0