İsrail Tel-Əvivdə bomba sığınacaqlarını açmağa məcbur oldu

© AFP 2023 / JACK GUEZВид на Тель-Авив, фото из архива
Вид на Тель-Авив, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq İsrail ordusu qarşı tərəfi aviabombardmana məruz qoyub.  

BAKI, 11 may - Sputnik. Qəzza zolağından ərazinin raket atəşinə tutulması səbəbilə Tel-Əvivdə kütləvi bomba sığınacaqları açılıb. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə şəhər bələdiyyəsindən məlumat verilib. 

İsrail Ordusunun mətbuat xidmətindən RİA Novosti-yə istinadən bildirilib ki, hazırda Tel-Əvivə zərbə endirildiyi barədə məlumat daxil olmayıb. Ancaq bundan öncə bir sıra Fələstin KİV-i "Əl-Qüds" briqadasının ("İslami Cihad" hərbi qanadı) Tel-Əvivi raket atəşinə tuduğunu yazırdı.

 

Qeyd edək ki, bir neçə gündür, İsrail Qəzza zolağı ilə sərhəddə problem yaşayır. Mayın 10-da isə Qüds şəhərində fələstinlilərlə polis arasında qarşıdurma böyüyüb, xeyli insan yaralanıb.

Qəzza zolağından İsrail ərazisinin raket atəşinə tutulmasına cavab olaraq İsrail ordusu qarşı tərəfi aviabombardmana məruz qoyub.  

Eləcə də oxuyun: 

*Müsəlmanların ilk qibləsində qan düşdü: yaralı sayı artır - VİDEO

Qüdsdə qarışıqlıq: qarşıdurmalara yanğın də əlavə oldu - VİDEO

 

Xəbər lenti
0