* AZƏRBAYCAN *
Taliban hərəkatının üzvləri, arxiv şəkli

Taliban üç günlük atəşkəs elan edir

11
(Yenilənib 15:12 10.05.2021)
İslam əmirliyi mücahidləri bütün Əfqanıstan boyunca Ramazan bayramının birinci günündən üçüncü gününə qədər düşmənə qarşı planlaşdırılan bütün hücum əməliyyatlarını dayandırırlar.

BAKI, 10 may — Sputnik. Taliban hərəkatı Ramazan bayramı ilə əlaqadar olaraq Əfqanıstanda 3 günlük atəşkəs elan edib. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bundan iki gün öncə paytaxt Kabildə qızların təhsil aldığı məktəblərin yaxınlığında törədilmiş bombalı terror hücumları nəticəsində əksəriyyəi qızlar olmaqla 50-dən çox insan həyatını itirmişdi.

Taliban tərəfindən verilən açıqlamada bildirilib ki, İslam əmirliyi mücahidləri bütün Əfqanıstan boyunca Ramazan bayramının birinci günündən üçüncü gününə qədər düşmənə qarşı planlaşdırılan bütün hücum əməliyyatlarını dayandırırlar.

Eləcə də oxuyun: 

* ABŞ Əfqanıstandan çıxardığı əsgərləri harada yerləşdirəcək?

"Taliban"a qoşulan azərbaycanlılar həbs edildilər - VİDEO

Amerikalıların Əfqanıstandan çıxarılmasına taliblər rəhbərlik edir

 

11
Teqlər:
Əfqanıstan, atəşkəs, Taliban
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı sənədi imzalayacaq

4098
(Yenilənib 14:25 23.06.2021)
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəzi məsələlərlə bağlı Azərbaycanla danışıqlar apardıqlarını təsdiqləyib.

BAKI, 23 iyun — Sputnik. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib: "Azərbaycan tərəfi buna öz razılığını veribmi?" sualına cavab olaraq Davtyan bildirib: "Biz öz ərazimizlə bağlı Azərbaycandan heç nə soruşmamalıyıq. Lakin bəzi məsələlərlə bağlı onlarla da danışıqlar aparılır. Ehtiyac olduqda biz Rusiya ilə əməkdaşlıq edirik".

Nəşr, həmçinin iddia edib ki, Nikol Paşinyan yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

4098
Xorvatiya-Şotlandiya matçında oyun məqamı

Xorvatiya millisi şotlandiyalılara qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxdı

317
(Yenilənib 01:35 23.06.2021)
Futbol üzrə Xorvatiya yığma komandası Şotlandiya millisi üzərində Avropa çempionatının qrup mərhələsində qələbə çalaraq 1/8 final mərhələsinə yüksəlib.

"D" qrupunun son turunda Qlazqoda keçirilən qarşılaşma 3:1 hesabı ilə xorvatların xeyrinə başa çatıb. Qalib komandanın heyətində qolları Moskvanın MOİK komandasının oyunçusu Nikola Vlaşiç (17-ci dəqiqə), Luka Modriç (62) və İvan Pereşiç (77) vurublar.

Şotlandiyalıların heyətində Kallum Makqreqor rəqib komandanın qapısına yol tapıb (42).

Stadionda oyuna 9896 azarkeş tamaşa edib.

"D" qrupunun digər oyununda Londonda İngiltərə-Çexiya oyunu 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.

Beləliklə, İngiltərə yığması 7 xalla qrupun lideri olaraq çempionatın 1/8 finalına yüksəlib. Pley-off mərhələsində onun rəqibi "F" qrupunda ikinci yeri tutmuş komanda olacaq.

Xorvatiya millisi 4 xalla öz qrupunda ikinci yerdə qərarlaşıb və 1/8 finalda "E" qrupunda ikinci yeri tutmuş komanda ilə üz-üzə gələcək.

Çexiya millisi son oyunda məğlubiyyətə baxmayaraq qrupda üçüncü yerdən pley-off mərhələsinə adlaya bilib.

Qrupun autsayderi olan Şotlandiya millisi isə üç turda 1 xal toplayaraq turnirdə çıxışlarını başa vurub.

İngiltərə, Xorvatiya və Çexiya komandalarının 1/8 finaldakı rəqibləri çərşənbə günü müəyyən olunacaq.

317
Охотничье ружье, фото из архива

Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

0
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbriinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Yerli sakin Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə öncə əmisi oğlu Elmar Sərdar oğlu Fərəcovu, sonra isə bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevi qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri məlum deyil. Hazırda qətl hadisəsi araşdırılır.

 

0