Türkiyədə casus qalmaqalı – 9 nəfər saxlanıldı

© AFP 2023 / OZAN KOSEТурецкая полиция, фото из архива
Турецкая полиция, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.05.2021
Abunə olmaq
Saxlanılan şəxslər siyahısında polkovnik, polkovnik-leytenant, mayor və özəl sektorun üç əməkdaşı da var.

BAKI, 5 may — Sputnik. Türkiyə xüsusi xidmət orqanları hərbi sənayedə casusluqla bağlı araşdırmanı genişləndirərək daha 9 nəfərə qarşı ittiham irəli sürüb. Bu barədə Sputnik Azərbaycan "TRT"-yə istinadən xəbər verir.

Belə ki, araşdırma nəticəsində Türkiyə prokurorluğu daha 9 nəfərin saxlanılması ilə bağlı qərar verib. Haqqında qərar çıxarılan şəxslərdən ikisi Türkiyə Müdafiə Sənayesi İdarəsində işləyib. Saxlanılan şəxslər siyahısında polkovnik, polkovnik-leytenant, mayor və özəl sektorun üç əməkdaşı da var.

Qeyd olunur ki, artıq 6 nəfər həbs olunub, indi isə daha 3 nəfərin axtarışları aparılır. Onların hamısı gizli məlumatları xarici agentlər və şirkətlərə ötürməkdə ittiham olunur.

Xəbər lenti
0