Nyu Deli

Hindistanda keçirilən yerli seçkilərdə Stalin qalib gəlib

105
(Yenilənib 22:54 04.05.2021)
"Hava limanında olarkən məndən adımı deməyi xahiş etdilər. Mən "Stalin" dedikdə hava limanında olan insanların hamısı mənə baxmağa başladılar".

BAKI, 4 may — Sputnik. Hindistanın cənubundakı Tamilnad ştatında keçirilən yerli orqanlara seçkilərdə böyük üstünlüklə Mutuvel Karunanidi Stalin qalib gəlib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, 68 yaşlı siyasətçi bundan sonra region hökumətinə rəhbərlik edəcək.

Gələcək siyasətçiyə bu adı vaxtilə ştatın baş naziri olmuş atası verib. Belə ki, Stalin 1953-cü ildə SSRİ-nin lideri İosif Vissarionoviç Stalinin ölümündən bir neçə ay əvvəl dünyaya gəlib.

Qeyd etmək lazımdır ki, hindistanlı Stalin demokratdır.

Xatırladaq ki, 1989-cu ildə siyasətçi SSRİ-yə gələrkən xoşagəlməz hadisə ilə qarşılaşıb.

"Hava limanında olarkən məndən adımı deməyi xahiş etdilər. Mən "Stalin" dedikdə hava limanında olan insanların hamısı mənə baxmağa başladılar", - deyə siyasətçi bildirib.

Bir qədər əvvəl Stalin adlı bir rusiyalı da adı ucbatından sıxışdırmalara məruz qaldığını bildirib. Həmin şəxs bildirib ki, adı ilə əlaqədar olaraq onu heç kim işə qəbul etmək istəmir.

2020-ci ilin dekabr ayında Namibiyada Adolf Hitler adlı siyasətçi seçkilərdə qalib gəlib. Onun sözlərinə görə, ona üçüncü Reyxin liderinin şərəfinə ad verən atası, çox güman ki, Hitlerin dünyada nəyin təcəssümü olduğundan bixəbər olub.

 

105
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

4
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

4
ABŞ hərbçiləri Əfqənistanda

Çin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşıdır

10
(Yenilənib 21:07 16.05.2021)
Faktiki olaraq isə qoşunların çıxarılmasına hələ aprel ayında başlanıb. Ağ Evin rəhbəri Co Bayden bunu ABŞ və Avropa qüvvələrinin Əfqanıstanda dayanıqlı hökuməti nə qurmağa, nə da onu dəstəkləməyə qadir olmaması ilə izah edib.

 

BAKI, 16 may — Sputnik. Çin Xalq Respublikasının xarici işlər naziri Van İ pakistanlı həmkarı Mahmud Qureyşi ilə telefon danışığında ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşı tənqidi fikirlər səsləndirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, çinli nazir Amerika qoşunlarının tez-tələsik çıxarılmasını Əfqanıstanda barışıq prosesinə ciddi zərbə adlandıraraq regionda sabitlik barədə neqativ fikirlərini dilə gətirib.

VAN İ bildirib ki, rəsmi Pekin yaranmış vəziyyətdə BMT-nin "vacib rol oynayacağına", Şanxay Əməkdaşlıq Təşkilatı üzvü olan ölkələrin isə Əfqanıstandakı vəziyyətin qaydaya salınmasına ciddi diqqət yetirəcəyinə ümid etdiyini bildirib.

"Əfqanıstanla qonşu ölkələr qarşılıqlı fəaliyyəti gücləndirməli, bir cəbhə kimi hərəkət etməli və əlaqələndirilmiş addımlar atmalıdırlar", - deyə nazir bildirib.

Çin xarici siyasət idarəsinin rəhbəri həmçinin İslamabadın Əfqanıstanda sülhün əldə olunması istiqamətində addımlarını yüksək qiymətləndirdiyini və Pakistanın ənənəvi olaraq Əfqanıstanla bağlı proseslərdə vacib nüfuza malik olduğunu deyib.

Xatırladaq ki, mayın 8-də ABŞ-ın NATO üzrə müttəfiqləri Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi və alyansın digər üzvlərinə bu ölkədən çıxmaq üçün daha çox vaxt verilməsini israrla xahiş ediblər. Bəzi ölkələr Əfqanıstandan qüvvələrini vaxtında çıxara bilməyəcəklərini və buna görə də amerikalı hərbçiləri iyulun 4-dən sonra da Əfqanıstanda saxlamağı xahiş ediblər.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına rəsmən mayın 1-də başlanıb və sentyabrın 11-nə qədər davam etməlidir. Faktiki olaraq isə qoşunların çıxarılması hələ aprel ayında başlanıb. Ağ Evin rəhbəri Co Bayden bunu ABŞ və Avropa qüvvələrinin Əfqanıstanda dayanıqlı hökuməti nə qurmağa, nə da onu dəstəkləməyə qadir olmaması ilə izah edib.

Eləcə də oxuyun: 

ABŞ Əfqanıstandan çıxardığı əsgərləri harada yerləşdirəcək?

WSJ: Avropa ABŞ-dan Əfqanıstandan qoşunların çıxarılmasını ləngitməyi xahiş edir

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

 

10
Teqlər:
qoşunlar, Çin, ABŞ, Pakistan, Əfqanıstan
La Casa de Papel serialından kadr

"La Casa de Papel" pərəstişkarlarına müjdə - bu mövsüm serialın son yayım ili olacaq

0
Bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

BAKI, 16 may — Sputnik. "Netflix"-in Türkiyə hesabından populyar "La Casa de Papel" serialı ilə bağlı paylaşım edilib.

"Twitter" hesabında paylaşımda məşhur ekran əsərinin növbəti mövsümü ilə bağlı məlumat verilib. Bildirilib ki, serialın 5-ci mövsümünün çəkilişləri artıq tamamlanıb.

​Qeyd olunub ki, bu mövsüm serialın son yayım ili olacaq və 2016-cı ildən etibarən dünyanın bir çox ölkələrindəki izləyicilərin rəğbətini qazanan telehekayə məhz bu mövsüm başa çatacaq.

Eləcə də oxuyun:

*"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

"Hercai" serialının çəkiliş meydançasına silahlı basqın olub

"Netflix"də yayımlanacaq serialın çəkilişi dayandırıldı, səbəb... - VİDEO

 

0