Pivə, arxiv şəkli

Koronavirus əleyhinə peyvəndlənənlərə pivə paylayacaqlar

100
(Yenilənib 23:01 04.05.2021)
Arzu edənlər peyvəndlənmə haqqında sertifikatı aksiyada iştirak edən pivə bişirmə müəssisələrdən birinə təqdim etməli olacaqlar.

BAKI, 4 may — Sputnik. ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Merfi koronavirusa qarşə peyvənd olunmuş sakinlərin pivəyə qonaq ediləcəyini bildirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, adı çəkilən ştatda may ayında peyvəndlənmiş hər bir böyük yaşlı insana bir qab pivə veriləcək.

"Biz Nyu-Cersi ştatının 21 yaşına çatmış və peyvəndlənmə hüququ olan sakinləri üçün "peyvənd və pivə" proqramına start veririk", - deyə Merfi "Twitter" səhifəsində bildirib.

Proqramın şərtlərinə görə, arzu edənlər peyvəndlənmə haqqında sertifikatı aksiyada iştirak edən pivə bişirmə müəssisələrdən birinə təqdim etməli olacaqlar.

Bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus bildirib ki, dünyanın böyük yaşlı əhalisinin əksəriyyətinin peyvəndlənməsi üçün gələn il 35-45 milyard dollar vəsait tələb olunacaq.

Hazırda Avropa Dərman vasitələri Agentliyi (ЕМА) COVID-19-a qarşı peyvəndləmə üçün dörd preparatı uyğun görüb. Bunlar ABŞ və Almaniyanın "Pfizer" və "BioNTech" şirkətlərinin konsorsiumunun, ABŞ-ın "Moderna" və "Johnson & Johnson" şirkətlərinin, habelə "AstraZeneca" İngiltərə-İsveç birgə müəssisəsinin hazırladığı peyvəndlərdir.

 

100

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

6
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

6
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava
Robert De Niro

Robert De Niro çəkiliş meydançasında yaralanıb

4
(Yenilənib 22:02 16.05.2021)
Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

BAKI, 16 may — Sputnik. Məşhur aktyor Robert De Niro çəkiliş meydançasında yaralanıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, aktyorun ayağı zədələnib. 77 yaşlı De Niro vəziyyətinin ağır olduğunu, çəkilişlərə davam edə bilməyəcəyini bildirib. Məşhur aktyor bu yaxınlarda Oklahomada Martin Skorsezenin "Killers of the Flower Moon" filminin çəkiliş meydançasında ayağından zədələnib.

Aktyor bir neçə həftə işdən uzaqlaşıb. Nyu-Yorka qayıdan Robert De Niro evində müalicəsini davam etdirir.

Eləcə də oxuyun:

Məşhur aktyor "Qızıl Qlobus" mükafatını geri qaytarıb

Doyunca gülmək istəyənlər üçün Əlixan Rəcəbovdan yeni bir film - VİDEO

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

 

 

4