Mexikoda metro körpüsü çökdü: ölənlər və yaralananlar var - VİDEO

© REUTERS / LUIS CORTESMexikoda hadisə yerində
Mexikoda hadisə yerində - Sputnik Azərbaycan, 1920, 04.05.2021
Abunə olmaq
Yerli hakimiyyət orqanlarının verdiyi ilkin məlumata görə, qəza nəticəsində 20 nəfər ölüb, 70 nəfər yaralanıb.

BAKI, 4 may — Sputnik. Meksikanın paytaxtı Mexiko şəhərində metro körpüsü üzərindən keçən qatarla birlikdə çöküb, hadisə Olivos və Tesonko stansiyalarının yaxınlığında baş verib.

​ Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb. Yerli hakimiyyət orqanlarının verdiyi ilkin məlumata görə, qəza nəticəsində 20 nəfər ölüb, 70 nəfər yaralanıb.

RİA Novosti-nin hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hazırda Mexiko şəhərində metro körpüsünün çökdüyü sahə mühasirəyə alınıb, metronun bütün girişləri bağlanıb, yalnız təcili yardım və xüsusi xidmət maşınlarının girişinə icazə verilir.

Xəbər lenti
0