Antoniu Quterreş, arxiv şəkli

BMT-nin Baş katibi beynəlxalq ictimaiyyətə müraciət edib

8
(Yenilənib 13:15 03.05.2021)
Vurğulanıb ki, BMT-nin Jurnalistlərin Təhlükəsizliyi üzrə Fəaliyyət Planı dünyanın hər yerində media işçiləri üçün etibarlı mühit yaratmağı hədəfləyir.

BAKI, 3 may — Sputnik. BMT-nin Baş katibi Dünya Mətbuat Azadlığı Günü münasibətilə beynəlxalq ictimaiyyətə müraciət edib - VİDEO

BMT-nin Baş katibi Antonio Quterreş Dünya Mətbuat Azadlığı Günü münasibətilə beynəlxalq ictimaiyyətə videomüraciət ünvanlayıb.

Sputnik Azərbaycan müraciəti təqdim edir:

"COVID-19 pandemiyası ərzində üzləşdiyimiz qlobal çətinliklər etibarlı, doğruluğu təsdiq edilmiş və hər kəs üçün əlçatan informasiyanın insan həyatının xilasında və güclü, dayanıqlı cəmiyyətlərin qurulmasında olan önəmli rolunu vurğulayır. Pandemiya, fövqəladə iqlim dəyişikliyi və digər böhranlarda jurnalistlər və media işçiləri təhlükə ərz edən yanlış məlumatları vurğulayaraq sürətlə dəyişən və böyük informasiya axınını anlamağımıza kömək edirlər.

Bir çox ölkələrdə onlar, sadəcə, öz işlərini yerinə yetirdikləri üçün müxtəlif məhdudiyyətlər, senzura, təhqir, qısnama, həbs və hətta ölüm də daxil olmaqla, böyük risklərə məruz qalırlar. Bu vəziyyət getdikcə pisləşir.

Pandemiyanın iqtisadi təsiri bir çox media orqanlarına ağır zərbə vurmaqla yanaşı, onların mövcudluğunu da təhlükə altında qoyub. Büdcələr daraldıqca etibarlı məlumata əlçatanlıq da azalır. Nəticədə yaranan boşluğu şayiələr, yalanlar, ifratçı və ya separatçı fikirlər boşluğu doldurur".

Baş katib bütün hökumətləri azad, müstəqil və fərqli medianı dəstəkləmək üçün əllərindən gələni əsirgəməməyə çağırıb. Bildirib ki, azad və müstəqil jurnalistika dezinformasiya ilə mübarizədə ən böyük müttəfiqdir.

Vurğulanıb ki, BMT-nin Jurnalistlərin Təhlükəsizliyi üzrə Fəaliyyət Planı dünyanın hər yerində media işçiləri üçün etibarlı mühit yaratmağı hədəfləyir. Çünki məlumat ictimai dəyərdir.

"Bu gün Azad, Müstəqil və Plüralist Afrika Mətbuatının İnkişafına dair "Windhoek" bəyannaməsinin 30-cu ildönümünü qeyd edirik. Son 30 ildə kütləvi informasiya vasitələrindəki dramatik dəyişikliklərə baxmayaraq, bəyannamənin təcili sürətdə mətbuat azadlığı və məlumatın sərbəst əldə edilməsi üzrə çağırışı hər zamankı kimi qüvvədədir.

Gəlin bu çağırışı rəhbər tutaraq, media azadlığını qorumaq üçün səylərimizi artıraq ki, informasiya hər kəs üçün həyati ictimai dəyər olaraq qalsın", - A.Quterreş vurğulayıb.

8

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

36
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

36

Floridada keçirilən "Kainat gözəli 2021"-in ən füsunkar xanımları

16
ABŞ-da keçirilən beynəlxalq gözəllik müsabiqəsinin xoşbəxt qalibi və məftunedici finalçıları Sputnik Azərbaycanın fotolentində.

Bu il ABŞ-ın Florida şəhərində baş tutan "Kainat gözəli 2021" müsabiqəsi koronavirus pandemiyası səbəbindən təhlükəsizlik tədbirlərinə əməl olunmaqla keçirilib. Müsabiqədə "Kainat gözəli" tituluna Meksika təmsilçisi Andrea Meza layiq görülüb.

Braziliyadan olan daha bir gözəl xanım ondan bir qədər az səs toplayaraq "birinci vitse-kainat gözəli" seçilib. Hindistanı təmsil edən xanım isə "ikinci vitse-kainat gözəli" adına layiq görülüb.

Yeni kainat gözəlinə tacını 2019-cu ilin qalibi, həmin vaxt müsabiqədə Cənubi Afrika Respublikasını təmsil edən Zozibini Tunzi təqdim edib.

Bu, Meksika təmsilçilərinin dünyanın ən gözəl xanımı seçilməsi ilə bağlı yeganə hadisə deyil. Bundan əvvəl də Andrea Mezanın həmyerliləri 1991 və 2010-cu illərdə kainatın ən gözəl xanımları seçilərək mükafata layiq görülüblər.

16
  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    2021-ci ilin kainat gözəli Andrea Meza.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Braziliya təmsilçisi Culia Qama Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    ABŞ təmsilçisi Asya Branç Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsinin rəqqasları.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Vyetnam təmsilçisi Nquen Tran Xan Van Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Çexiya təmsilçisi Klara Vavruskova Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela / Getty Images

    Oliviya Kalpo "Kainat Gözəli 2021" müsabiqəsinin səhnəsində.

  • © AFP 2021 / Rodrigo Varela / Getty Images

    "Kolumbiya gözəli" Laura Olaskuaqa "Kainat Gözəli 2021" müsabiqəsinin səhnəsində

  • © AFP 2021 / Rodrigo Varela / Getty Images

    "Tailand gözəli" Amanda Obdam "Kainat Gözəli 2021" müsabiqəsinin səhnəsində.

  • © AFP 2021 / Rodrigo Varela / Getty Images

    Yeni kainat gözəli Andrea Mezaya brilyant tac təqdim olunur.

  • © AFP 2021 / Rodrigo Varela / Getty Images

    Yeni kainat gözəli Andrea Meza.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    "Tailand gözəli" Amanda Obdam Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    "Kainat Gözəli 2021"-in qalibi meksikalı Andrea Meza.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Braziliya təmsilçisi Culia Qama.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    "Kainat Gözəli 2021"-in aparıcıları.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Nikaraqua təmsilçisi Anna Marselo.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Puerto-Riko təmsilçisi Estefana Soto.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Yaponiya təmsilçisi Ayşa Xarumi Toçiqi "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Kosta-Rika təmsilçisi İvonna Serdas Kaskante.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Rusiya təmsilçisi Alina Sanko "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Çin təmsilçisi Jiaşin Sun "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Filippin təmsilçisi Rabiya Mateo "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Fransa təmsilçisi Amandin Peti "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Polşa təmsilçisi Natalya Piqua.