SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp söz verib ki, qayıdacaq

© AP Photo / Alex BrandonДональд Трамп, фото из архива
Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.05.2021
Abunə olmaq
Trampın tərəfdarları sosial şəbəkələrdə sevinclərini müxtəlif cür ifadə edirlər. "O bunu planetin bütün normal kişi və qadınları üçün etməlidir", - paylaşımın birində deyilir.

BAKI, 1 may — Sputnik. "Mən yüz faiz prezident yarışına qatılacam və əminəm ki, bizi qarşıda uğur gözləyir". Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, keçmiş ABŞ prezidenti Donald Tramp ən son müsahibələrinin birində belə deyib.

Sosial şəbəkə istifadəçiləri Trampın bu bəyanatını sevinclə qarşılayıblar.

"Əladır!", "Prezidentlərin ən yaxşısı!", "Sənin üçün darıxırıq", - deyə trampçılar öz səhifələrində şərhlərlə çıxış ediblər.

Qeyd edək ki, haqqında danışılan bəyanat hələ ki, seçkilərdə iştirak haqqında rəsmi elan deyil. Belə ki, Tramp bunun vaxtından əvvəl verilmiş qərar ola biləcəyini deyib.

"Bu, fandrayzinq və başqa şeylərə təsir edə bilər. Bütün bunlar... Necə deyərlər... Həddən artıq çətin məsələlərdir. Bütün bu fandrayzinq sistemi. Düzünü desək, qanunlar həddən artıq köhnəlmiş və küt qanunlardır", - deyə Donald Tramp fikrini tamamlayıb.
Xəbər lenti
0