Pentaqon

Senator Rusiya istehsalı mikroelektronikadan çəkinir

7
DefenseNews portalının yazdığına görə, qanunun əsas ideyası Birləşmiş Ştatların strateji rəqib sayılan və Amerikanın müdafiə sistemləri üçün təhlükə təşkil edən ölkələrdən asılılığını azaltmaqdır.

BAKI, 29 aprel - Sputnik. Senator Coş Houli podratçıların tədarük etdikləri mallar arasında Rusiyada, Çində, İranda, yaxud da KXDR-də istehsal olunmuş çap plataları ilə təchiz olunmuş məmulatlar barədə Pentaqona dərhal məlumat verməsinin məcburi olmasını təklif edib. Sputnik Azərbaycan bildirir ki, bu barədə Konqressin saytında dərc olunan qanun layihəsində deyilir.

"Ölkəmizin qorunmasında bizim hərbçilərin etibar etdikləri silahın onları yarı yolda qoymayacağından əmin olmaları üçün tədarük olunan elektronikanın bütün zəncirinin təhlükəsizliyinin təminatı üçün lazım olan alətlərin hamısını təqdim etməyimiz çox vacibdir", - Houli deyib.

 

DefenseNews portalının yazdığına görə, qanunun əsas ideyası Birləşmiş Ştatların strateji rəqib sayılan və Amerikanın müdafiə sistemləri üçün təhlükə təşkil edən ölkələrdən asılılığını azaltmaqdır.

 

7
Qoyun, arxiv şəkli

"Qissar"dan böyük "Araşan" var: Qırğızıstanda yeni qoyun cinsi qeydə alınıb

8
Yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır.

BAKI, 7 may — Sputnik. Qırğızıstanda "Araşan" adlı yeni ətlik-piylik qoyun cinsi rəsmi qeydiyyatdan keçirilib. Sputnik Qırğızıstan xəbər verir ki, yeni cinsdən olan qoyunlar öz xüsusiyyətlərinə görə etalon sayılan "Qissar" cinsindən olan qoyunları xeyli qabaqlayır.

Bu cür qoyunlar hələ Sovet dövründən yetişdirilib. Lakin yeni cins kimi qeydiyyatdan cari ilin aprelin 15-də keçirilib.

Qırğızıstan elmi-tədqiqat heyvandarlıq institutunun Qoyunların yetişdirilməsi və seleksiyası şöbəsinin müdiri Rahatbek İbrayev bildirib ki, yeni cins "Qissar" və "qırğız iriyunlu" cinslərinin cütləşdirilməsi yolu ilə yetişdirilib.

"Nazirliyin əsasnaməsinə görə, yeni cinsi qeydiyyatdan keçirmək üçün həmin cinsdən 5000 baş heyvan olmalı və bütün heyvanlar eyni tipli olmalıdırlar. Hazırda Qırğızıstanda 5800 başdan çox "Araşan" var. Fermerlərin xahişi ilə tədqiqat keçirilib və məlum olub ki, yeni cins digərlərindən xeyli fərqlənir. Belə ki, bir yaşa çatan toğluların çəkisi 90 kiloqrama, böyük qoçların çəkisi isə 200 kiloqrama çatır", — deyə İbrayev bildirib.

Mütəxəssisin sözlərinə görə, hazırda "Araşan" cinsinin ölkə hüdudlarından kənarda populyarlaşdırılması istiqamətində iş aparılır. Bu məqsədlə sərginin keçirilməsi və xarici ölkə nümayəndələrinin dəvət olunması planlaşdırılır.

Qoyun Yetişdiriciləri İctimai Birliyinin sədri Mirlan Satıbekov isə "Araşan" qeydiyyatdan keçirildikdən sonra artıq beynəlxalq sərgilərdə də iştirak etməyin mümkün olduğunu dilə gətirib.

"Yeni cins "Qissar" cinsli qoçlarla rəqabət aparmaq qabiliyyətindədir və hətta onlardan daha böyükdür. Fermerlərdən biri özünün 220 kiloqramlıq qoçunu hətta 50 min dollara da satmır. Bu cinsin quzularının qiyməti isə 300 dollardır. Bizim heyvandarlar çoxlu sayda qoyun saxlamağa öyrəşiblər. Amma 100 baş cins erkək qoyun saxlamaq 500 baş adi qoyun saxlamaqdan daha yaxşıdır. Belə ki, cins qoyunlar daha çox ət verir və onları diri halda sərfəli qiymətə satmaq olar", — deyə Satıbekov bildirib.

Mütəxəssis onu da bildirib ki, "Araşan" cinsindən olan qoçları almaq istəyənlər Qoyun Yetişdiriciləri İctimai Birliyindən məsləhət ala bilərlər.

8
Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu, arxiv şəkli

Putin Netanyahu arasında kritik danışıq

11
(Yenilənib 21:24 07.05.2021)
Tərəflər təhlükəsizlik şurası, həmçinin xarici siyasət və iqtisadi qurumlar barədə dialoqun davam etdirilməsinə dair razılığa gəlib.

BAKI, 7 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq məsələləri müzakirə ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Kremlin rəsmi saytında yerləşdirilib.

Qeyd olunur ki, telefon danışığı zamanı liderlər Suriya nizamlanması da daxil olmaqla beynəxlaq gündəlikdə olan məsələləri müzakirə ediblər. Bildirilir ki, Benyamin Netanyahu Putini İsrail tərəfinin Kiyev nümayəndələri ilə əlaqələri barədə məlumatlandırıb. Tərəflər təhlükəsizlik şurası, həmçinin xarici siyasət və iqtisadi qurumlar barədə dialoqun davam etdirilməsinə dair razılığa gəliblər.

Putin və Netanyahu, həmçinin Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü münasibəti ilə bir-birlərini təbrik ediblər.

11
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0