Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zelenski Putinlə Vatikanda görüşmək istəyir, lakin Kremlin bundan xəbəri yoxdur

© AP Photo / Sergey Dolzhenko/ Pool Президент Украины Владимир Зеленский, фото из архива
Президент Украины Владимир Зеленский, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Zelenski rusiyalı həmkarı ilə görüşün baş tutacağına əmin olduğunu qeyd edib. Həmçinin bildirib ki, bu görüş Donbasdakı müharibənini başa çatması üçün lazımdır. 

BAKI, 28 aprel - Sputnik.  Ukrayna prezidenti Vladimir Zelenski İtaliyada çıxan “La Republika” qəzetinə müsahibəsində deyib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün ən ideal yer Vatikandır.

Sputnik Azərbaycan xəbər verir ki, Zelenski rusiyalı həmkarı ilə görüşün baş tutacağına əmin olduğunu qeyd edib. Həmçinin bildirib ki, bu görüş Donbasdakı müharibənini başa çatması üçün lazımdır. 

Görüş yerinin Vatikan olub-olmayacağı ilə bağlı sualı cavablandıran Zelenski deyib ki, ora sülh görüşü üçün ən ideal yerdir.

Kreml isə Ukrayna prezidentindən Vladimir Putinlə görüşü Vatikanda keçirməklə bağlı korkretləşdirilmiş rəsmi təklif almayıb. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"Zelenski deyib ki, bura görüş üçün ideal yer ola bilər. Əlbəttə, hələ bu barədə rəsmi olaraq nə Vatikan xəbərdardır, nə də bizim bildiyimiz qədər Rusiya tərəfi", - deyə o, bildirib.

Bir müddət əvvəl Ukrayna lideri istənilən yerdə Putinlə görüşə hazır olduğunu bəyan etmişdi. 

Xəbər lenti
0