Ronni Vud

Müğənni ikinci dəfə xərçəngə tutulub

18
(Yenilənib 00:05 29.04.2021)
İfaçıya bu dəfə "kiçik hüceyrəli xərçəng" diaqnozu qoyulub. Ronni ikinci dəfə xərçəng olmasına baxmayaraq, hazırda özünü yaxşı hiss edir.

BAKI, 28 aprel — Sputnik. "Rolling Stones" qrupunun gitaraçısı Ronni Vud yenidən xərçəngə tutulub.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, ifaçıya bu dəfə "kiçik hüceyrəli xərçəng" diaqnozu qoyulub. Ronni ikinci dəfə xərçəng olmasına baxmayaraq, hazırda özünü yaxşı hiss edir. "Edə biləcəyim tək şey səbrli olub, bu xəstəliyə ikinci dəfə qalib gəlməkdir", - deyə müğənni açıqlamasında bildirib.

54 yaşlı ifaçı gündə 25-30 ədəd siqaret çəkir. Qeyd edək ki, Vud 2017-ci ildə ağciyər xərçənginə tutulub, lakin sağalıb.

18
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

Ermənistanda 44 günlük müharibə ilə bağlı çoxlu cinayət işi açılıb

4
(Yenilənib 16:23 06.05.2021)
Ermənistan Baş Prokurorluğunun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlı istintaqa cəlb olunanlar var.

BAKI, 6 may — Sputnik. Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə əlaqədar 1580 cinayət işi qaldırılıb. Sputnik Ermənistan bu ölkənin Baş Prokurorluğuna istinadla xəbər verir ki, artıq 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onların arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var.

İri miqyaslı cinayət işlərinin istintaqı bir neçə əsas istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı yol verilən pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, silahlı qüvvələrin və ayrı-ayrı bölmələrin rəhbərliyindəki cinayət pozuntuları, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmamaq və s.

Bundan əlavə, Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Şuşa və Hadrutu işğaldan azad etməsi ilə bağlı mediada və sosial şəbəkələrdə yer alan məlumatları da araşdırıb.

Prokurorluğun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, məsələ Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlıdır.

O bildirib ki, qaldırılan cinayət işlərindən biri də dövlətə xəyanətlə əlaqədardır. Bundan başqa, hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktı üzrə 5 cinayət işi də qaldırılıb.

 

4
Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov Qarabağda hələ kiçik insidentlərin olduğunu etiraf edib

12
(Yenilənib 13:07 06.05.2021)
Rusiya XİN başçısı: Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu aktiv, ritmik şəkildə işləyir və biz Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin etmək üçün Bakı ilə Yerevan arasında dialoqun qurulmasının davamında və təşviqin maraqlıyıq.

BAKI, 6 may — Sputnik. Dağlıq Qarabağda vəziyyət normallaşıb, kiçik insidentlər Rusiya sülhməramlıları tərəfindən operativ və effektiv şəkildə nizamlanır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Dağlıq Qarabağ nizamlanmasında pozitiv tendensiyalar izləyirik. Vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Rusiya sülhməramlı kontingenti təhlükəsizliyin qarantıdır, onlar təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Kiçik insidentlər - yəqin ki, onlarsız heç bir əməliyyat keçmir, bizim sülhməramlı hərbçilərimiz tərəfindən operativ və effektiv şəkildə nizamlanır. Onlar əsirlərin dəyişdirilməsinə də daimi diqqət ayırır", - deyə Lavrov Ermənistan XİN-in səlahiyyətlərini icra edən Ara Ayvazyanla görüşü zamanı bildirib.

Lavrov həmçinin deyib: "Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu aktiv, ritmik şəkildə işləyir və biz Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin etmək üçün Bakı ilə Yerevan arasında dialoqun qurulmasının davamında və təşviqin maraqlıyıq".

12
Teqlər:
Bakı, Yerevan, Ermənistan, Rusiya, Rusiya XİN rəhbəri Sergey Lavrov, Sergey Lavrov

Ey qızıl lalələr, qızıl lalələr video

0
(Yenilənib 13:03 06.05.2021)
Yaz fəsli Azərbaycan təbiətində xüsusi rəngarənglik yaradır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Göyçayın Qarayazı kəndinin ətrafında bitən qızıl lalələr gözəl mənzərə ortaya çıxarıb.

Rayonun dörd bir yanında yamyaşıl çəmənliklərdə boy verən lalələr paytaxt sakinləri ilə bərabər, yerli qonaqların, yaradıcı insanların da diqqətini cəlb etməyi bacarır.

0