Ermənistanda bu gün nə qədər adam ölüb?

© REUTERS / Anushree FadnavisТело человека, умершего от коронавируса в крематории в Нью-Дели, Индия
Тело человека, умершего от коронавируса в крематории в Нью-Дели, Индия - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Ermənistanda ümumilikdə bu virusdan ölənlərin sayı 4071-ə çatıb. Xəstəlikdən sağalanlar isə 196289 nəfərdir.

BAKI, 28 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 214872-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 808 nəfər artıb.

Ermənistanda son gündə daha 13 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 4071-ə çatıb. Xəstəlikdən sağalanların sayı 196289-a çatıb. Hazırda bu ölkədə 13503 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 148,7 milyonu keçib, 3,13 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0