İncirlik hərbi bazasının qarşısında Baydenə qarşı etiraz aksiyası keçirilib

© AFP 2023 / TOBIAS SCHWARZНемецкие истребители "Торнадо" на авиабазе Инджирлик
Немецкие истребители Торнадо на авиабазе Инджирлик - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
"Ortada məhkəmə qərarı yoxdursa, heç bir "soyqırımı"ndan söhbət gedə bilməz! Heç bir dövlət, parlament və ya bələdiyyə başçısının soyqırımı ilə bağlı qərar vermək səlahiyyəti yoxdur".

BAKI, 28 aprel — Sputnik. Türkiyənin Adana şəhəri yaxınlığındakı ABŞ-ın İncirlik hərbi bazasının qarşısında Co Baydenin 1915-ci il hadisələrini "soyqırımı" şəklində ifadə etməsinə qarşı etiraz aksiyası keçirilib.

İncirlik məhəlləsində bir yerə toplaşan aksiya iştirakçıları əllərində türk bayrağı və ABŞ dollarları ilə Amerikanın 10-cu Tanker Bazası Komandanlığına tərəf yürüş ediblər.

Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü bazanın qarşısında etirazçıların adından çıxış edən Vətən Partiyasının sədri Sərdar Üsküplü prezident Co Baydenə və ABŞ imperializminə etiraz etmək üçün toplaşdıqlarını bildirib.

Üsküplü Baydenin sözügedən açıqlama ilə Türkiyə və Asiyaya qarşı "hücum şeypuru" çaldığını bəyan edib. "ABŞ prezidenti insan haqlarını müdafiə etmədi, tarixi mübahisə də aparmadı, onun çıxışı Türkiyə və Asiyaya yönəlmiş təhdidlərdən xəbər verirdi. Ortada məhkəmə qərarı yoxdursa, heç bir "soyqırımı"ndan söhbət gedə bilməz! Heç bir dövlət, parlament və ya bələdiyyə başçısının soyqırımı ilə bağlı qərar vermək səlahiyyəti yoxdur", – deyə o bildirib.

Türkiyə Gənclik Birliyinin sədri Dilək Çinar da ABŞ Prezidenti Baydenin açıqlamalarına reaksiya verərək "soyqırımı" ilə bağlı qərarın qanun və insanlıq qarşısında heç bir əsasının olmadığını bəyan edib.

Xəbər lenti
0