Çernobıl qəzası mutant heyvanların doğulmasına səbəb ola bilərmi?

© REUTERS / GLEB GARANICHВозле Чернобыльской АЭС в заброшенном городе Припять, Украина
Возле Чернобыльской АЭС в заброшенном городе Припять, Украина - Sputnik Azərbaycan, 1920, 26.04.2021
Abunə olmaq
Mütəxəssis 35 il əvvəl baş verən dəhşətli qəzanın üçayaqlı, ikibaşlı buzovların dünyaya gəlməsinə təsirindən danışıb.

BAKI, 26 aprel — Sputnik. 1986-cı ilin iyununda Çernobıl Atom Elektrik Stansiyasının (AES) ərazisində ölçmə işi aparan fizik Vladimir Yatsenko təcrid zonasında radiasiya ilə bağlı mifləri dağıdan nəticə əldə edib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat yayıb.

Çernobıldakı təcrid zonasında həyat davam edir - VİDEO - Sputnik Azərbaycan, 1920, 29.03.2021
VİDEO
Çernobıldakı təcrid zonasında həyat davam edir - VİDEO

Mütəxəssisin sözlərinə görə, elektrik stansiyasında baş verən partlayış nəticəsində yod-131, sezium-137, stronsium-90 kimi radioaktiv məhsullar, eləcə də təsirsiz radioaktiv qazlar və parçalanma məhsulları atmosferə düşüb və bu maddələrdən ilk üçü Belarusun hava ərazisinə qədər gedib çatıb. Nəticədə inəklər üzərində yüksək miqdarda radioaktiv maddə olan otla qidalandıqları üçün insanlar süd qəbulunu məhdudlaşdırmalı olublar. Bununla belə, mütəxəssis bildirib ki, insan yalnız radionuklidlərlə həddən artıq çirklənmiş qida məhsulları qəbul etdiyi halda radiasiya xəstəliyinə məruz qala bilər.

Yatsenko, həmçinin Çernobıl AES-in genetik mutasiyaya səbəb olması barədə geniş yayılmış fikrə də münasibət bildirib. Mütəxəssis bu faktorun üçayaqlı, ikibaşlı buzovların doğulmasına təsir göstərdiyi ilə bağlı fikirlərə təəccüb etdiyini vurğulayıb:

"Heyvanlarda genetik defektlərin olması mümkündür, ancaq Çernobıl buna səbəb ola bilməz. Belə buzovlar əvvəllər də doğulurdu, ancaq onlara yetərincə diqqət göstərilmədiyi üçün çox yaşamırdılar. Çernobıl hadisəsindən sonra belə heyvanlar diqqət mərkəzində olduğundan insanlar bunu radiasiyanın təsiri ilə izah etməyə başladılar".

Qeyd edək ki, 1986-cı ilin aprel ayında Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verib. Stansiyanın 4 saylı enerji blokunun RBMK-1000 reaktorunun partlaması nəticəsində ətrafa çoxlu miqdarda radioaktiv maddə atılıb. Çernobıl hadisəsi tarixin ən böyük texnogen qəzası hesab olunur. Qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan ölüb. İllər ötdükcə bu rəqəm 100 mini keçib.

Xəbər lenti
0