Məşhur brendlərin dizayneri öldü

© AFP 2023 / MARTIN BUREAUModel, arxiv şəkli
Model, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.04.2021
Abunə olmaq
Elbaz Mərakeşdə doğulub, İsraildə böyüyüb və uzun zaman Nyu-Yorkda yaşayıb, orada toy dəbi ilə məşğul olub

BAKI, 25 aprel - Sputnik. Geyim dizayneri Alber Elbaz koronavirusa yoluxduqdan sonra dünyasını dəyişib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Le Figaro qəzeti məlumat yayıb.

Əlli doqquz yaşlı Elbaz Parisdə vəfat edib. 

​Elbaz Mərakeşdə doğulub, İsraildə böyüyüb və uzun zaman Nyu-Yorkda yaşayıb, orada toy dəbi ilə məşğul olub. O, 1998-ci ildən Yves Saint Laurent-da, 2001-ci ildən 2015-ci ilədək isə Lanvin-də kreativ direktor işləyib. Elbazın hazırladığı paltarları Nikol Kidman, Qvinet Peltrou, Katrin Denöv və digər Hollivud məşhurları geyinirdilər. Lanvin-dən getdikdən sonra Elbaz dəb dünyasından beş illik ayrıldı. 2021-ci ilin əvvəlində isə Paris Moda həftəsində şəxsi AZ Factory brendi ilə debüt elədi.

Xəbər lenti
0