Paşinyan istefa verdi

84
(Yenilənib 11:15 25.04.2021)
Paşinyanın bu bəyanatı formal xarakter daşıyır, çünki o, istefa versə də ölkə rəhbəri vəzifəsini "müvəqqəti olaraq" icra edəcək.

BAKI, 25 aprel - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan istefa verdiyini açıqlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, o deyib ki, bu addımı ölkəsində parlament seçkilərinin keçirilməsi üçün atacaq.

Qeyd edək ki, Paşinyanın bu bəyanatı formal xarakter daşıyır, çünki o, istefa versə də ölkə rəhbəri vəzifəsini "müvəqqəti olaraq" icra edəcək.

N.Paşinyan həmçinin baş nazir postuna yenidən namizəd olduğunu da açıqlayıb.

Martın 18-də Paşinyan bildirmişdi ki, Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkisi keçiriləcək. Parlament Seçki məcəlləsinə dəyişiklik edərək, seçkinin yalnız proporsional qaydada keçiriləcəyini təsdiqləyib.

84
Teqlər:
Ermənistan, istefa, Nikol Paşinyan
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli

Mövlud Çavuşoğlu: "O boyda Avropa İttifaqı bir kresloya görə dava etməməlidir"

2
(Yenilənib 16:25 06.05.2021)
"Biz protokol qaydalarının nə olduğunu bilirik. Bu günə kimi heç vaxt bu cür problemlə qarşılaşmamışıq. Türk qonaqpərvərliyi hamıya yaxşı məlumdur. O mənzərə bizim ucbatımızdan yaranmamışdı".

BAKI, 6 may — Sputnik. Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla keçirdiyi birgə mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula Von der Lyayenin Türkiyəyə səfəri zamanı yaşanan protokol böhranına da toxunub. Sputnik Azərbaycan xəbər verir ki, mətbuat konfransı hər iki ölkənin nümayəndə heyətlərinin iclasından sonra baş tutub.

"Biz protokol qaydalarının nə olduğunu bilirik. Bu günə kimi heç vaxt belə bir problemlə qarşılaşmamışıq. Türk qonaqpərvərliyi hamıya yaxşı məlumdur. O mənzərə bizim ucbatımızdan yaranmayıb. Bu, Avropa Komissiyası ilə Avropa İttifaqı arasındakı rəqabət və mübahisələrdən doğan problemdir. O boyda Avropa İttifaqı bir kresloya görə davam etməməlidir. Öz aralarındakı problemləri Türkiyəyə sirayət etdirməsinlər", - Çavuşoğlu deyib.

Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula Von der Lyayen Türkiyə səfərindən sonra "qadın olduğum için mənə kreslo vermədilər" – deyə şikayət etmiş və məsələ protokol böhranı səviyyəsinə gəlib çatmışdı.

 

2
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

Ermənistanda 44 günlük müharibə ilə bağlı çoxlu cinayət işi açılıb

7
(Yenilənib 16:23 06.05.2021)
Ermənistan Baş Prokurorluğunun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlı istintaqa cəlb olunanlar var.

BAKI, 6 may — Sputnik. Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə əlaqədar 1580 cinayət işi qaldırılıb. Sputnik Ermənistan bu ölkənin Baş Prokurorluğuna istinadla xəbər verir ki, artıq 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onların arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var.

İri miqyaslı cinayət işlərinin istintaqı bir neçə əsas istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı yol verilən pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, silahlı qüvvələrin və ayrı-ayrı bölmələrin rəhbərliyindəki cinayət pozuntuları, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmamaq və s.

Bundan əlavə, Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Şuşa və Hadrutu işğaldan azad etməsi ilə bağlı mediada və sosial şəbəkələrdə yer alan məlumatları da araşdırıb.

Prokurorluğun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, məsələ Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlıdır.

O bildirib ki, qaldırılan cinayət işlərindən biri də dövlətə xəyanətlə əlaqədardır. Bundan başqa, hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktı üzrə 5 cinayət işi də qaldırılıb.

 

7