Türkiyə "Pantsir-S1"-ə bənzəyən hədəfin məhv edildiyi video nümayiş etdirib

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidЗенитный ракетно-пушечный комплекс "Панцирь-С1"
Зенитный ракетно-пушечный комплекс Панцирь-С1  - Sputnik Azərbaycan, 1920, 23.04.2021
Abunə olmaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ukraynaya döyüş PUA-larını heç bir şərt olmadan satdığını və müqavilənin Rusiyaya qarşı yönəlmədiyini bildirib.

BAKI, 23 aprel — Sputnik. Türkiyənin "Roketsan" hərbi sənaye şirkəti "Twitter"də ən yeni "Akıncı" pilotsuz uçuş aparatının səhrada MAM-T tipli "ağıllı bombalarla" Rusiyanın "Pantsir-S1" zenit-raket top kompleksinə bənzəyən hədəfi məhv etdiyi animasiya videoçarxını nümayiş etdirib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bir qədər əvvəl "Roketsan" adı çəkilən ağıllı sursatların ilk uğurlu sınağı barədə məlumat yayıb.

Xatırladaq ki, RF telekanallarından birində yayımlanan "Vesti nedeli" (Həftənin xəbərləri) verilişində bu ölkənin istehsalı olan "Lanset" PUA-nın üzərində Türkiyə SQ emblemi olan "Bayraktar" PUA-ya bənzər hədəfin məhv edildiyi animasiya videoçarxı nümayiş olunub.

​Qeyd edək ki, Türkiyədə PUA-ların aparıcı istehsalçısı olan "Baykar" şirkətindən Ukraynanın artıq "Bayraktar" həmlə PUA-larını aldığı barədə məlumat verilib.

Hərbi ekspert Viktor Muraxovski bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin aprelin 10-da Türkiyəyə etdiyi səfərin məqsədlərindən biri "Akıncı" həmlə PUA-larının alınması cəhdi ola bilər.

Qeyd edək ki, Türkiyə xarici siyasət idarəsinin rəhbəri Mövlud Çavuşoğlu ölkəsinin Ukraynaya döyüş PUA-larını heç bir şərt olmadan satdığını və müqavilənin Rusiyaya qarşı yönəlmədiyini bildirib.

Xəbər lenti
0