Pakistanın Ketta şəhərində hadisə yerində

Pakistanda hoteldə partlayış: Anadolu Agentliyinin müxbiri yaralandı

6
Türkiyə Dini İşlər Vəqfinin bir qrup nümayəndəsi və Anadolu Agentliyinin müxbiri Ramazan ayı münasibətilə təşkil olunan tədbirlə əlaqədar həmin hoteldə olublar.

BAKI, 22 aprel — Sputnik. Pakistanın Ketta şəhərindəki "Serena" hotelinin avtomobil dayanacağında baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Yaralananlar arasında Anadolu Agentliyinin müxbiri də var. Sputnik Azərbaycan bildirir ki, bu barədə TRT Haber məlumat yayıb.

Türkiyə Dini İşlər Vəqfinin bir qrup nümayəndəsi və Anadolu Agentliyinin müxbiri Ramazan ayı münasibətilə təşkil olunan tədbirlə əlaqədar həmin hoteldə olublar. Hadisə vaxtı vəqfin işçiləri öz otaqlarında olduğundan xəsarət almayıblar, hollda olan Anadolu Agentliyinin müxbiri isə yüngül yaralanıb.

Hadisənin səbəbi araşdırılır.

 

6
ABŞ bayrağı, arxiv şəkli

ABŞ-ın son məktubu "F-35 məsələsində" Türkiyəni haqlı çıxardı

5
(Yenilənib 16:14 07.05.2021)
İsmayıl Dəmir: "Təyyarələrlə bağlı hüquqlarımızın tapdanmaması və problemin müttəfiqlik ruhuna zidd olmayan həlli yolunu tapmaq məqsədilə ABŞ-la F-35-lərlə əlaqədar dialoq prosesi başlayacaq".

BAKI, 7 may — Sputnik. ABŞ-ın son məktubu bizi haqlı çıxardı, Türkiyənin F-35 proqramından kənarlaşdırılmasının hüququ əsası yoxdur – bu fikri Türkiyənin müdafiə sənayesi naziri İsmail Dəmir səsləndirib.

Sputnik Azərbaycanın Türkiyənin NTV kanalına istinadla verdiyi xəbərə görə, Dəmir: "Bu məsələ ilə bağlı imzalanmış qarşılıqlı memoranduma əsasən, hər hansı bir tərəfdaşın proqramdan çıxarılması yalnız bütün tərəfdaşların yekdilliklə verilmiş qərarı əsasında mümkündür", - deyə bildirib.

O qeyd edib ki, bu baş vermədiyi təqdirdə ABŞ-ın "Türkiyəni proqramdan çıxartdım" açıqlamasının heç bir hüquqi əsası yoxdur.

Nazir: "Təyyarələrlə bağlı hüquqlarımızın tapdanmaması və problemin müttəfiqlik ruhuna zidd olmayan həlli yolunu tapmaq məqsədilə ABŞ-la F-35-lərlə əlaqədar dialoq prosesi başlayacaq", – deyib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Rusiyadan S-400 zenit-raket kompleksi aldığına görə Türkiyənin F-35 qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmi şəkildə məlumatlandırıb. Məlumatda bildirilir ki, ABŞ 2007-ci ilin yanvarında imzalanmış F-35-lərin istehsalı üzrə birgə memorandumu ləğv edib.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd F-35 tipli qırıcı almaq öhdəliyi götürmüşdü. Türkiyə, həmçinin F-35-lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

5
Teqlər:
"F-35" qırıcı təyyarəsi, Türkiyə, ABŞ
Taliban hərəkatının üzvü, arxiv şəkli

"Taliban"a qoşulan azərbaycanlılar həbs edildilər - VİDEO

10
(Yenilənib 16:12 07.05.2021)
Onlar əvvəlcə İrana, oradan isə qeyri-leqal yollarla Pakistana keçib və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində "Taliban" hərəkatına tabe olan "Səlahəddin" camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

BAKI, 7 may — Sputnik. Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda, digər dövlətlərin ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmələri ilə əlaqədar toplanmış materiallar əsasında əməliyyat-istintaq tədbirləri aparılıb.

Sputnik Azərbaycan-a DTX-dan daxil olan məlumatda bildirilir ki, araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşları – 1977-ci il təvəllüdlü Məmmədov Yəhya Şərməddin oğlunun, 1985-ci il təvəllüdlü Cəbiyev Elnur Güloğlan oğlunun və qeyrilərinin ölkə hüdudlarından kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştiraklarına dair əsaslı şübhələr müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin müvafiq olaraq 2010-cu ilin noyabr və dekabr aylarında ölkəni tərk edərək əvvəlcə İran İslam Respublikasına, oradan isə qeyri-leqal yollarla Pakistan İslam Respublikasına keçdikləri və həmin ölkənin Şimali Vəziristan və Uruqzay vilayətlərində "Taliban" hərəkatına tabe olan "Səlahəddin" camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etdikləri məlum olmuşdur.

Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Yəhya Məmmədov və Elnur Cəbiyev saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hər iki şəxs törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmanlıq hissi keçirdiklərini bildirmişlər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT TŞ tərəfindən terror təşkilatı kimi tanınıb. 

10
Teqlər:
video, həbs, azərbaycanlılar, Pakistan, İran, "Taliban" hərəkatı