İdris Debi, arxiv şəkli

Prezident döyüşdə həlak oldu, ölkənin sərhədləri bağlandı

54
(Yenilənib 16:31 20.04.2021)
"İdris Debi İtno döyüş meydanında ölkənin ərazi bütövlüyünü müdafiə edərkən son nəfəsini verdi. Çad xalqına dərin hüznlə başsağlığı veririk".

BAKI, 20 aprel — Sputnik. Çad Respublikasının Prezidenti İdris Debi ölkənin şimalında üsyançılara qarşı döyüş zamanı aldığı xəsarətdən həlak olub. Bu barədə RİA Novosti "Frans-Press" agentliyinə istinadla məlumat yayıb. Məlumatı döyüşlərdə iştirak etmiş hərbçilər təsdiqləyiblər.

Qeyd olunur ki, 68 yaşlı Debi silahlı üsyançılara qarşı mübarizədə qələbəni qeyd etmək və silahlı qüvvələrin əməliyyatlarına rəhbərlik etmək üçün cəbhə bölgəsinə gedib. Dövlət başçısı toqquşmada ağır yaralanaraq xəstəxanaya çatdırılıb, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

"İdris Debi İtno döyüş meydanında ölkənin ərazi bütövlüyünü müdafiə edərkən son nəfəsini verdi. Çad xalqına dərin hüznlə başsağlığı veririk", – deyə ordunun rəsmi nümayəndəsi general Azem Bermandoa Aquna yerli televiziya kanalında çıxışı zamanı bildirib.

Qeyd edək ki, İdris Debi bir qədər əvvəl seçicilərin 79% səs çoxluğu ilə altıncı dəfə ölkənin prezidenti seçilmişdi. O, 1990-cı ilin dekabrından bu yana dövlət başçısı vəzifəsində idi.

Seçki günü aprelin 11-də hərbçilər Liviyadakı bazalardan Çada qarşı hücuma başlayıblar. Bir müddət sonra səngiyən döyüşlər ötən bazar günü yenidən başlayıb və bazar ertəsi Çad ordusu "Çadda Dəyişiklik və Razılaşma Cəbhəsi"nin (FACT) 300-dən çox üsyançı üzvünü məhv edib.

Yerli "Al Wihda" qəzetinin yazdığına görə, prezidentin ölümündən sonra ölkədə onun oğlu Debi Mahamatın başçılığı ilə müvəqqəti hərbi şura yaradılıb. Şura tezliklə "keçid dövrü xartiyası"nı elan edəcək.

Prezidentin ölümündən sonra Çadda iki həftəlik milli matəm və saat 18:00-dan 5:00-a kimi komendant saatı elan olunub. Bundan başqa, hərbçilər "başqa bir təlimata qədər" ölkənin quru və hava sərhədlərini bağlamağa qərar veriblər.

Qeyd edək ki, Çad terrorçular və qanunsuz miqrasiya səbəbindən Afrika qitəsinin ən problemli bölgələrindən biri olan Saheldə yerləşir. 2014-cü ildə Fransa bölgədə "Barxan" adlı antiterror əməliyyatına başlayıb. Bu missiya Burkina-Faso, Mavritaniya, Mali, Nigeriya və Çadı da əhatə edən "Sahel Beşliyi"nin (G5) regional quruluşu tərəfindən dəstəklənib.

54

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

36
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

36

Floridada keçirilən "Kainat gözəli 2021"-in ən füsunkar xanımları

16
ABŞ-da keçirilən beynəlxalq gözəllik müsabiqəsinin xoşbəxt qalibi və məftunedici finalçıları Sputnik Azərbaycanın fotolentində.

Bu il ABŞ-ın Florida şəhərində baş tutan "Kainat gözəli 2021" müsabiqəsi koronavirus pandemiyası səbəbindən təhlükəsizlik tədbirlərinə əməl olunmaqla keçirilib. Müsabiqədə "Kainat gözəli" tituluna Meksika təmsilçisi Andrea Meza layiq görülüb.

Braziliyadan olan daha bir gözəl xanım ondan bir qədər az səs toplayaraq "birinci vitse-kainat gözəli" seçilib. Hindistanı təmsil edən xanım isə "ikinci vitse-kainat gözəli" adına layiq görülüb.

Yeni kainat gözəlinə tacını 2019-cu ilin qalibi, həmin vaxt müsabiqədə Cənubi Afrika Respublikasını təmsil edən Zozibini Tunzi təqdim edib.

Bu, Meksika təmsilçilərinin dünyanın ən gözəl xanımı seçilməsi ilə bağlı yeganə hadisə deyil. Bundan əvvəl də Andrea Mezanın həmyerliləri 1991 və 2010-cu illərdə kainatın ən gözəl xanımları seçilərək mükafata layiq görülüblər.

16
  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    2021-ci ilin kainat gözəli Andrea Meza.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Braziliya təmsilçisi Culia Qama Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    ABŞ təmsilçisi Asya Branç Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsinin rəqqasları.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Vyetnam təmsilçisi Nquen Tran Xan Van Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Çexiya təmsilçisi Klara Vavruskova Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela / Getty Images

    Oliviya Kalpo "Kainat Gözəli 2021" müsabiqəsinin səhnəsində.

  • © AFP 2021 / Rodrigo Varela / Getty Images

    "Kolumbiya gözəli" Laura Olaskuaqa "Kainat Gözəli 2021" müsabiqəsinin səhnəsində

  • © AFP 2021 / Rodrigo Varela / Getty Images

    "Tailand gözəli" Amanda Obdam "Kainat Gözəli 2021" müsabiqəsinin səhnəsində.

  • © AFP 2021 / Rodrigo Varela / Getty Images

    Yeni kainat gözəli Andrea Mezaya brilyant tac təqdim olunur.

  • © AFP 2021 / Rodrigo Varela / Getty Images

    Yeni kainat gözəli Andrea Meza.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    "Tailand gözəli" Amanda Obdam Florida ştatında keçirilən "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    "Kainat Gözəli 2021"-in qalibi meksikalı Andrea Meza.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Braziliya təmsilçisi Culia Qama.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    "Kainat Gözəli 2021"-in aparıcıları.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Nikaraqua təmsilçisi Anna Marselo.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Puerto-Riko təmsilçisi Estefana Soto.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Yaponiya təmsilçisi Ayşa Xarumi Toçiqi "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Kosta-Rika təmsilçisi İvonna Serdas Kaskante.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Rusiya təmsilçisi Alina Sanko "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Çin təmsilçisi Jiaşin Sun "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Filippin təmsilçisi Rabiya Mateo "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Fransa təmsilçisi Amandin Peti "Kainat Gözəli 2021" müsabiqəsində.

  • © AFP 2021 / Rodrigo Varela/Getty Images

    Polşa təmsilçisi Natalya Piqua.