Ermənistan qocaları döyüşə hazırlayır

© AP PhotoАрмянский военнослужащий, фото из архива
Армянский военнослужащий, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
Sərhədyanı rayonların yaşı 63-ə qədər olan sakinləri müqavilə əsasında hərbi xidmət göstərə biləcəklər.

BAKI, 19 aprel — Sputnik. Ermənistanın sərhədyanı bölgələrində yaşayan və döyüş təcrübəsi olan sakinlər müqavilə əsasında könüllü kimi xidmət göstərə biləcəklər. Bu barədə Sputnik Ermənistan məlumat yayıb. Məlumatda bildirilir ki, "Çiçəklənən Ermənistan" fraksiyasının parlamentə təqdim etdiyi "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna müvafiq dəyişiklik layihəsi Ermənistan parlamentində ikinci və son oxunuşdan keçib. Həmin dəyişikliyə əsasən, hərbçilər 63 yaşa kimi müqavilə əsasında xidmət göstərə biləcəklər.

Erməni əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2021
QARABAĞ
Ermənistan ordusunda nə baş verir və niyə "Qarabağ dövləti"ndən dəm vururlar?

Qeyd edək ki, bir qədər bundan əvvəl qanun layihəsinin müəllifi, "Çiçəklənən Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan belə bir təkliflə çıxış etdiyini bildirmişdi. Onun sözlərinə görə, hazırda sərhədyanı bölgələrin sakinləri, o cümlədən 50 yaşdan yuxarı kişilər xidmətə yararlı olsalar da, mövcud qanuna əsasən, müqavilə ilə xidmət göstərə bilmirlər. Marukyan onu da bildirib ki, həmin yaş qrupundan olanların çoxu həm 2016, həm də 2020-ci ilin hərbi əməliyyatlarında iştirak etmək üçün könüllü olublar. Onun sözlərinə görə, bir sıra hərbi ixtisaslar heç də 20-25 yaşlı əsgərlərdə olduğu kimi fiziki imkanlar tələb etmir.

Bundan başqa, bir çox hallarda müqavilə ilə hərbi xidmət göstərənlər döyüşlərdə iştirak etmiş və təcrübə qazanmış sərhədyanı bölgələrin sakinləri olur ki, qanuna dəyişiklik həm də onlar üçün qazanc mənbəyi deməkdir.

Ermənistan Müdafiə Nazirliyindən qanuna dəyişiklik edilməsinə müsbət münasibət bildirilib.

 

Xəbər lenti
0