Tripoli

BMT Liviyada atəşkəsə nəzarət üçün müşahidəçilər göndərir

3
(Yenilənib 22:49 17.04.2021)
Liviya Prezident Şurası, BMT Təhlükəsizlik Şurasının ölkəyə atəşkəs izləmə mexanizmini göndərmək haqqında qərarını məmnuniyyətlə qarşıladıqlarını açıqlayıb.

BAKI, 17 aprel — Sputnik. BMT Baş katibi Antonio Quterreşin davamlı atəşkəs və atəşkəsə nəzarət mexanizmi qurma təklifinin qəbul edilməsindən sonra BMT Təhlükəsizlik Şurası yekdilliklə atəşkəsə nəzarət mexanizminə icazə verən qərar qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki,  Quterreşin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi plana görə, müəyyən təhlükəsizlik və maddi-texniki meyarlar yerinə yetirildikdən sonra atəşkəsə nəzarət etmək üçün Sirtə 60 müşahidəçi göndəriləcək.

Silahsız və uniformasız olacaq müşahidəçilər 5 + 5 Ortaq Hərbi Komitəsi ilə işləyəcəklər.

Həmçinin BMT Təhlükəsizlik Şurası Liviya Müvəqqəti Hökumətini 24 dekabrda keçirilməsi planlaşdırılan seçkiləri azad, ədalətli və hər kəsi əhatə edən olması üçün lazımi hazırlıqlar görməyə çağırıb. Qərarda eyni zamanda tərəfləri 2020-ci il yanvarın 23-də əldə edilmiş atəşkəsə riayət etmək və ölkədən bütün xarici qüvvələrin və muzdluların tərk etmələri çağırışı təkrarlanıb.

Liviya Prezident Şurası, BMT Təhlükəsizlik Şurasının ölkəyə atəşkəs izləmə mexanizmini göndərmək haqqında qərarını məmnuniyyətlə qarşıladıqlarını açıqlayıb.

3
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

Ermənistanda 44 günlük müharibə ilə bağlı çoxlu cinayət işi açılıb

0
(Yenilənib 16:23 06.05.2021)
Ermənistan Baş Prokurorluğunun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlı istintaqa cəlb olunanlar var.

BAKI, 6 may — Sputnik. Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə əlaqədar 1580 cinayət işi qaldırılıb. Sputnik Ermənistan bu ölkənin Baş Prokurorluğuna istinadla xəbər verir ki, artıq 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onların arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var.

İri miqyaslı cinayət işlərinin istintaqı bir neçə əsas istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı yol verilən pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, silahlı qüvvələrin və ayrı-ayrı bölmələrin rəhbərliyindəki cinayət pozuntuları, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmamaq və s.

Bundan əlavə, Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Şuşa və Hadrutu işğaldan azad etməsi ilə bağlı mediada və sosial şəbəkələrdə yer alan məlumatları da araşdırıb.

Prokurorluğun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, məsələ Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlıdır.

O bildirib ki, qaldırılan cinayət işlərindən biri də dövlətə xəyanətlə əlaqədardır. Bundan başqa, hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktı üzrə 5 cinayət işi də qaldırılıb.

 

0
Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov Qarabağda hələ kiçik insidentlərin olduğunu etiraf edib

11
(Yenilənib 13:07 06.05.2021)
Rusiya XİN başçısı: Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu aktiv, ritmik şəkildə işləyir və biz Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin etmək üçün Bakı ilə Yerevan arasında dialoqun qurulmasının davamında və təşviqin maraqlıyıq.

BAKI, 6 may — Sputnik. Dağlıq Qarabağda vəziyyət normallaşıb, kiçik insidentlər Rusiya sülhməramlıları tərəfindən operativ və effektiv şəkildə nizamlanır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Dağlıq Qarabağ nizamlanmasında pozitiv tendensiyalar izləyirik. Vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Rusiya sülhməramlı kontingenti təhlükəsizliyin qarantıdır, onlar təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Kiçik insidentlər - yəqin ki, onlarsız heç bir əməliyyat keçmir, bizim sülhməramlı hərbçilərimiz tərəfindən operativ və effektiv şəkildə nizamlanır. Onlar əsirlərin dəyişdirilməsinə də daimi diqqət ayırır", - deyə Lavrov Ermənistan XİN-in səlahiyyətlərini icra edən Ara Ayvazyanla görüşü zamanı bildirib.

Lavrov həmçinin deyib: "Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu aktiv, ritmik şəkildə işləyir və biz Cənubi Qafqazın davamlı iqtisadi inkişafını təmin etmək üçün Bakı ilə Yerevan arasında dialoqun qurulmasının davamında və təşviqin maraqlıyıq".

11
Teqlər:
Bakı, Yerevan, Ermənistan, Rusiya, Rusiya XİN rəhbəri Sergey Lavrov, Sergey Lavrov