Ebru Gündeş və Rza Zərrab boşanırlar

© AP Photo / Depo PhotosRza Zərrab
Rza Zərrab - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
Xatırladaq ki, Rza Zərrab "Xalqbank"ın keçmiş direktor müavini Hakan Atilla ilə birlikdə ABŞ-da saxlanılmışdı. Məhkəmə prosesində Zərrab "etirafçı" olmağı seçmişdi.

BAKI, 16 aprel — Sputnik. Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş həbsdə olan həyat yoldaşı, Azərbaycan əsilli, Türkiyə və İran vətəndaşı olan Rza Zərrabdan boşanır. Sputnik Türkiyə-nin məlumatına görə, Bodrum Ailə Məhkəməsinə müraciət edən müğənni həyat yoldaşının ona xəyanət etdiyini deyib. Ərizəsində "Həyatında başqa qadınlar var", - sözlərini yazıb.

Qeyd edək ki, R.Zərrab 2016-cı ildə Mayamiyə səfəri zamanı həbs olunub. Cütlük 11 ildir evlidir, bu evlilikdən bir qız övladları var.

Xatırladaq ki, R.Zərrab "Xalqbank"ın keçmiş direktor müavini Hakan Atilla ilə birlikdə ABŞ-da saxlanılmışdı. Məhkəmə prosesində Zərrab "etirafçı" olmağı seçmişdi. Atilla həbs edildikdən sonra Zərrabın da hüquqi statusu müəyyən edilmişdi. Belə ki, Zərrab Nyu-Yorkda "həbs edilmiş şahid" qismində ABŞ Federal Həbsxanalar bürosunun qruplarının nəzarəti altına alınmışdı. Türkiyə məhkəməsi tərəfindən ABŞ-da barəsində məhkəmə araşdırılması aparılan Rza Zərrabın haqqında həbs qərarı çıxarılmışdı.

 

Xəbər lenti
0