Ermənistanda koronavirusa yoluxanların sayı 207 mini keçdi

© AP Photo / Matias DelacroixТело человека, умершего от COVID-19
Тело человека, умершего от COVID-19 - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
Ümumilikdə bu virusdan ölənlərin sayı 3 835-ə çatıb. Xəstəlikdən sağalanların sayı 186 200 olub.Ümumilikdə bu virusdan ölənlərin sayı 3 835-ə çatıb. Xəstəlikdən sağalanların sayı 186 200 olub.

BAKI, 16 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 207 103-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 961 nəfər artıb.

Ermənistanda son gündə daha 18 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 835-ə çatıb. Xəstəlikdən sağalanların sayı 186 200 olub. Hazırda bu ölkədə 16 099 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138,8 milyonu keçib, 2,98 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0