Supermarketdə banan satışı, arxiv şəkli

"Die Welt": "Banan yoxa çıxmaq təhlükəsi altındadır"

666
(Yenilənib 01:00 15.04.2021)
AMI şirkətinin meyvə və marketinq kampaniyaları üzrə eksperti Ursula Şokemelenin sözlərinə görə, artıq Kolumbiya və Hondurasda bir neçə banan plantasiyası bağlanıb.

BAKI, 15 aprel — Sputnik. Bəşəriyyət bir müddət sonra banansız qala bilər – "Die Welt"in bu iddiasına görə, səbəb yüksək yoluxuculuğa malik torpaq göbələyi infeksiyasıdır. "Tropical Race - 4" (TR4) adlı bu infeksiya XX əsrdə Asiya və Avstraliyada geniş yayılmağa başlayıb, ancaq 2019-cu ildə ilk dəfə dünyanın əsas banan tədarükçüsü olan Cənubi Amerikada da aşkarlanıb.

AMI şirkətinin meyvə və marketinq kampaniyaları üzrə eksperti Ursula Şokemelenin sözlərinə görə, artıq Kolumbiya və Hondurasda bir neçə banan plantasiyası bağlanıb. O qeyd edib ki, infeksiya kimyəvi maddələrin təsirinə qarşı davamlıdır.

TR4 infeksiyası daha çox bananın dünya ixracatının 95 faizini təşkil edən "Cavendish" sortunu zədələyir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, torpağın kiçik bir hissəsinin zədələnməsi belə, infeksiyanın geniş yayılmasına səbəb ola bilər. Bundan başqa, mütəxəssislər bitkilərdə eyni genlərin bir-birinə keçməsi səbəbindən xəstəliyin sürətlə yayıldığını bildiriblər.

Alimlərin fikrincə, təbiətdə "Cavendish" sortu qədər məhsuldar banan növü mövcud deyil. Eyni zamanda, Asiya, Afrika və Amerikada bu meyvənin kartof və düyü kimi insanların gündəlik qida rasionuna daxil olduğu vurğulanıb.

"Əgər nəzərə alsaq ki, dünya əhalisinin sayı 7 milyard nəfərdir, deməli, inkişaf etməkdə olan ölkələrin əhalisinin qidaya olan tələbatının artması banan istehsalının çoxalmasına səbəb olub", – deyə BMT-nin istehsal və kənd təsərrüfatı üzrə təşkilatından bəyan ediblər.

Beləliklə, çox keçmədən bəşəriyyət yalnız dadlı meyvədən deyil, həm də vacib qida məhsulundan məhrum ola bilər.

666
Teqlər:
göbələk, xəstəlik, banan
Kosmik aparat,a rxiv şəkli

Çinin kosmik raketinin qırıntılarının düşdüyü yer açıqlanıb

29
(Yenilənib 11:28 09.05.2021)
Qeyd edək ki, CZ-5B raket daşıyıcısı Çin Xalq Respublikasının "Tianhe" baza modulunu orbital stansiyaya çatdırmışdı.

BAKI, 9 may — Sputnik. Çinin nəzarətdən çıxan “Long March 5B” kosmik raketinin qırıntıları Hind okeanındakı Maldiv adaları yaxınlığına düşüb.

RİA Novosti xəbər verir ki, raket daşıyıcısının hissəsi bu gün səhər saatlarında orbitdən endirilib. Bu barədə Çin Kosmik Mühəndisliyi Ofisinin açıqlamasında bildirilib.

Qeyd edək ki, CZ-5B raket daşıyıcısı Çinin "Tianhe" baza modulunu orbital stansiyaya çatdırmışdı.

29

Moskvada Qələbə Günü: parad xatirələrə köçmüş yerlərdən video

400
(Yenilənib 12:43 09.05.2021)
Moskvanın Qızıl Meydanında ənənəvi hərbi Qələbə paradı keçirilib. Bu möhtəşəm hadisənin videosunu izləyin.

Bu il dünya Böyük Vətən müharibəsindəki qələbənin 76-cı ildönümünü qeyd edir. Ənənəyə uyğun olaraq Moskvada Qızıl meydanda Qələbə paradı keçirilib.

Şəxsi heyətin və zirehli texnikanın sayına görə bu parad ötənilki yubiley tədbirindən kiçik olub. Ötən il meydandan 14 min  hərbçi keçmişdisə, bu il onların sayı 12,5 min olub. Keçən il tədbirdə 200-dən artıq hərbi maşın iştirak etmişdi, bu il onların sayı 190 olub.

Moskvanın üzərindən 76 təyyarə və helikopter uçub. Bütün detallarla bizim videoda tanış ola bilərsiniz. 

400

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0