Ermənistanda koronavirusa yoluxanların sayı 202 mini keçdi

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidПациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива
Пациент с COVİD-19 в отделение реанимации и интенсивной терапии, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
Ermənistanda son gündə daha 23 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3720-yə çatıb. Xəstəlikdən sağalanların sayı 181180 olub.

 

BAKI, 10 aprel — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 202167-yə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 1009 nəfər artıb.

Ermənistanda son gündə daha 23 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3720-yə çatıb. Xəstəlikdən sağalanların sayı 181180 olub. Hazırda bu ölkədə 16315 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134,7 milyonu keçib, 2,91 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0