İzmirdə hərbi təyyarə dənizə düşdü

© AFP 2023 / ADEM ALTANПилотажная эскадрилья ВВС Турции выполняет маневры в ходе церемонии, посвященной 88 годовщине победы в битве при Думлупинаре, финального сражения Турции за независимость в 1922 году, Анкара, 30 августа 2010 года
Пилотажная эскадрилья ВВС Турции выполняет маневры в ходе церемонии, посвященной 88 годовщине победы в битве при Думлупинаре, финального сражения Турции за независимость в 1922 году, Анкара, 30 августа 2010 года - Sputnik Azərbaycan, 1920, 09.04.2021
Abunə olmaq
Milli Müdafiə Nazirliyindən axtarış-xilasetmə əməliyyatları nəticəsində 2 pilotun dənizdən sağ çıxarıldığı bildirilib.

BAKI, 9 aprel — Sputnik. Türkiyənin İzmir şəhəri yaxınlığında 2-ci Əsas Reaktiv Baza komandanlığında xidmət edən KT-1 təyyarəsi təlim uçuşu əsnasında Egey dənizinə düşüb. Hadisə Foça rayonunda qeydə alınıb.

Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, hələlik qəzanın səbəbi məlum deyil. Milli Müdafiə Nazirliyi axtarış-xilasetmə əməliyyatları nəticəsində 2 pilotun dənizdən sağ çıxarıldığı barədə məlumat yayıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Türkiyənin Konya vilayətində bu ölkənin Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus, "Türk Ulduzları" heyətinə daxil olan "NF-5" tipli qırıcı təyyarə də qəzaya uğramış, təyyarənin pilotu həlak olmuşdu.

 

Xəbər lenti
0