Bukinhem sarayı, arxiv şəkli

İngilis krallığının tarixində ilk hadisə

21
(Yenilənib 23:29 08.04.2021)
Bukinhem sarayı: "Həyatınız boyunca yalnız bircə dəfə qarşılaşa biləcəyiniz bu fürsəti dəyərləndirin".

BAKI, 8 aprel — Sputnik. Böyük Britaniya kraliçası II Yelizaveta krallığın tarixində ilk dəfə baş verəcək yeniliyə imza atıb. "CNN Türk"ün yaydığı xəbərə görə, kraliçanın qərarı ilə Bukinhem sarayının darvazaları piknik keçirilməsi üçün xalqın üzünə açılacaq.

Məsələ ilə əlaqədar Bukinhem sarayından rəsmi açıqlama da verilib. Açıqlamada "Bu yay Bukinhem sarayının bağçası ziyarətçilərin üzünə açıq elan olunur. Sarayın çəmənliklərində piknik etmək üçün həyatınız boyunca yalnız bircə dəfə qarşılaşa biləcəyiniz bu fürsəti dəyərləndirin", – deyə qeyd olunur.

Qeyd edək ki, Bukinhem sarayı 775 otaqdan ibarət 828 min kvadratmetr əraziyə sahibdir. Kral ailəsinin veb saytında yer alan məlumata görə, sarayda müxtəlif tədbirlər üçün istifadə olunan 19 dövlət otağı var. Bundan başqa, sarayda 240 yataq otağı mövcuddur ki, onlardan 52-si kral otaqlarıdır, qalan 188-i isə işçilərin istifadəsi üçün nəzərdə tutulub.

Sarayın bağında çiçəklər və yaşıllıqlarla dolu 156 metrlik sərhəd divarı mövcuddur. Bağda göl, tennis kortu da var. Ümumiyyətlə, Bukinhem sarayı dünyanın ən böyük və ən dəbədbli sarayları arasında 14-cü yeri tutur.

 

21

Bizə heç kim çata bilməz! Zürafə Lipa yazın gəlişinə necə sevinir VİDEO

8
(Yenilənib 12:03 16.04.2021)
Moskva Zooparkının keniyalı sakini zürafə Lipa baharın gəlişinə, artıq açıq havaya çıxa bildiyinə sevinərək volyerin ətrafında dövrə vurur. Videomuzu izləyin.

Kadrlarda zürafənin bahar günəşindən ləzzət alaraq zebra ilə birlikdə meydançada necə qaçışdığı əks olunur.

Moskva Zooparkının mətbuat xidmətindən bildiriblər ki, Lipa çox sürətli qaçır. Onu da əlavə ediblər ki, ümumiyyətlə, təbiətdə zürafələrin sürəti saatda 60 kilometrə qədər çata bilər.

8
İsrailin müstəqilliyinin 73-cü ildönümü

İsraildə maska ilə bağlı kritik qərar verildi

16
Əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub.

BAKI, 17 aprel — Sputnik. Dünyada koronavirusa qarşı ən çox peyvənd edən İsrail sabahdan etibarən açıq havada maska ​​taxmaq məcburiyyətini ləğv edir.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, İsrail səhiyyə naziri Yuli Edelstein məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, açıq havada maska taxmaq məcburiyyəti ləğv edilərkən, qapalı yerlərdə maska taxmağın məcburi olması davam edəcək.

İsraildə peyvənd kampaniyasından sonra koronavirus xəstəliyinə tutulanların sayında əhəmiyyətli azalma olub, məhdudlaşdırma tədbirləri isə fevralın 21-dən etibarən tədricən yumşaldılır.

Baş nazir Binyamin Netanyahu "Pfizer&BioNTech" peyvəndinin ölkəyə tədarükünü təmin edib.

Əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub. Bu da ölkə əhalisinin təxminən 61 faizi deməkdir.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, son günlər ölkədə günlük "COVID-19" xəstələrinin sayı 200-dən aşağı düşüb. Yanvar ayının ortalarında isə günlük xəstələrin sayı 10 min civarında idi. Bu səbəbdən peyvəndin İsraildə normallaşmanı təmin etdiyi düşünülür. Ölkədə bu günə qədər 6 min 312 nəfər koronavirus səbəbindən ölüb, ümumi xəstəlik sayı isə 836 mini keçib.

16
Qandal, arxiv şəkli

Keçmiş komitə sədri Nazim İbrahimovun qardaşı həbs olundu

0
Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

BAKI, 17 aprel - Sputnik. Bakı şəhəri Xətai rayon məhkəməsinin "STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi, dələduzluq faktlarına görə əvvəllər məhkum edilmiş İbrahimov Sahib Hüseyn oğlunun yenidən oxşar xarakterli cinayət əməlləri törətməsinə dair xüsusi qərardadı əsasında 2021-ci ilin yanvar ayından başlayaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, həmin özəl təşkilatların vəzifəli şəxsləri barəsində kommersiya bankından daxil olmuş materiallar da qeyd edilən cinayət işinə əlavə edilməklə iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

Cinayət işi üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə "STS" şirkəti və "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovun qeyd edilən təşkilatların digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq verdiyi tapşırıqlar əsasında əvvəlcədən vəd edilmiş əmlakı alıcıya vermək niyyəti olmadan tikintisi aparılan binalarda qeyri-yaşayış sahələrinin satılması görüntüsünü yaratmaq məqsədi ilə yalan vəd verərək saxta sənədlərin tərtib edilməsi yolu ilə ayrı-ayrı vaxtlarda vətəndaşdan ümumilikdə 1 milyon 735 min manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etməsinə, rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Bundan başqa, Sahib İbrahimovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə fərdi sahibkar kimi tikinti işlərinin aparılması üçün xərclərin ödənilməsi adı ilə kommersiya bankından 300 min manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında, 17 aprel 2021-ci il tarixdə Sahib İbrahimova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, sonuncu istintaq orqanının çağırışlarına gəlmədiyindən və müxtəlif üsullarla ibtidai istintaqın normal gedişinə mane olduğundan məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda Sahib İbrahimovun digər qanunsuz hərəkətləri barədə daxil olmuş çoxsaylı müraciətlər əsasında intensiv istintaq hərəkətləri aparılır.

İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşıdır. Sahib İbrahimov bir müddət ATV şirkətinin prezidenti olub. 

0