Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qarabağ barədə - Qardaşlarımızın yanında olduq

311
(Yenilənib 15:23 07.04.2021)
"Millətimizlə birlikdə biz də bütün qəlbimizlə çevriliş etmək istəyənlərdən təmizlənən Türk Silahlı Qüvvələrinin yanındayıq, yanında olmağa davam edəcəyik".

BAKI, 7 aprel — Sputnik. Dağlıq Qarabağ işğalını sona çatdırmaq mücadiləsində qardaşlarımızın yanında olduq. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Türkiyə Suriya və Cənubi Qafqaz da daxil olmaqla bütün regionlarda böhranların uzunmüddətli həllinin tərəfdarıdır", - deyə Türkiyə Prezidenti qeyd edib.

"Millətimizlə birlikdə biz də bütün qəlbimizlə çevriliş etmək istəyənlərdən təmizlənən Türk Silahlı Qüvvələrinin yanındayıq, yanında olmağa davam edəcəyik. Rəbbimə, mənə belə bir ordunun Baş komandanı olmağı nəsib etdiyinə görə minlərcə dəfə şükür edirəm", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

311
İsrailin müstəqilliyinin 73-cü ildönümü

İsraildə maska ilə bağlı kritik qərar verildi

12
Əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub.

BAKI, 17 aprel — Sputnik. Dünyada koronavirusa qarşı ən çox peyvənd edən İsrail sabahdan etibarən açıq havada maska ​​taxmaq məcburiyyətini ləğv edir.

Sputnik Azərbaycan "Haber7"yə istinadla xəbər verir ki, İsrail səhiyyə naziri Yuli Edelstein məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, açıq havada maska taxmaq məcburiyyəti ləğv edilərkən, qapalı yerlərdə maska taxmağın məcburi olması davam edəcək.

İsraildə peyvənd kampaniyasından sonra koronavirus xəstəliyinə tutulanların sayında əhəmiyyətli azalma olub, məhdudlaşdırma tədbirləri isə fevralın 21-dən etibarən tədricən yumşaldılır.

Baş nazir Binyamin Netanyahu "Pfizer&BioNTech" peyvəndinin ölkəyə tədarükünü təmin edib.

Əhalisi təxminən 9,3 milyon olan İsraildə indiyədək 5 milyon 338 min 273 nəfərə "COVID-19" peyvəndinin birinci dozası, 4 milyon 960 min 281 nəfərə isə peyvəndin ikinci dozası vurulub. Bu da ölkə əhalisinin təxminən 61 faizi deməkdir.

Səhiyyə Nazirliyinin məlumatlarına görə, son günlər ölkədə günlük "COVID-19" xəstələrinin sayı 200-dən aşağı düşüb. Yanvar ayının ortalarında isə günlük xəstələrin sayı 10 min civarında idi. Bu səbəbdən peyvəndin İsraildə normallaşmanı təmin etdiyi düşünülür. Ölkədə bu günə qədər 6 min 312 nəfər koronavirus səbəbindən ölüb, ümumi xəstəlik sayı isə 836 mini keçib.

12
Rza Zərrab

Ebru Gündeşlə Rza Zərrabın boşanma davasında Hadisə olayı

10
(Yenilənib 12:00 17.04.2021)
Hadisənin Rza Zərrabla birgə olmaq və kimlərsə tərəfindən görüntülənməmk üçün Türkiyədən ABŞ-a gizli getdiyi, hər görüşdə ehtiyyatını əldə saxladığı məlum olub.

BAKI, 17 aprel — Sputnik. Türkiyənin tanınmış ifaçısı Ebru Gündeşlə Rza Zərrabın boşanma prosesində müğənni Hadisənin adı da hallanıb. Sputnik Azərbayan-ın Türkiyə mediasına isitnadən xəbərinə görə, 11 ildir ki, evli olduğu həyat yoldaşı Rza Zərrabdan boşanmaq üçün məhkəməyə üz tutan Gündeş boşanma addımı atmasının səbəbini Rza Zərrabın ona xəyanət etməsi ilə əlaqələndirib. O bildirib ki, Rza Zərrabın münasibətdə olduğu qadınlar arasında tanıdığı bir sima da var. Müğənni "O səs Türkiyə"də münsiflərindən biri olan və Gündeşin uzun illərdir ən yaxın rəfiqələrindən biri olan Hadisənin bu münasibətlərdə adını hallandırıb. Ebru Gündeş bunun üçün şahidlərinin olduğunu deyir. Məlumata görə, Gündeşin qızının dayəsi də şahidlər arasındadır.

Hadisənin Rza Zərrabla birgə olmaq və kimlərsə tərəfindən görüntülənməmək üçün Türkiyədən ABŞ-a gizli getdiyi, hər görüşdə ehtiyatlı davrandığı məlum olub. Səfərlərdən qayıdarkən isə Hadisənin geydiyi brend geyimlərin də ona Rza tərəfindən verildiyi açıqlanıb.

Hazırda Türkiyə mediasında ən çox Hadisə ilə Ebru Gündeşin yenidən "O səs Türkiyə"də birgə münsif masasında oturub-oturmayacağı müzakirə olunur.

10
 İnsanın kölgəsi, arxiv şəkli

Bakıda evdən dəyəri 80 min ABŞ dolları olan qızıl külçələr oğurlandı

0
Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

 

BAKI, 17 aprel — Sputnik. Paytaxtın Səbail rayonunda mənzillərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ev sahibi polisə məlumat verərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min ABŞ dolları olan ədəd qızıl külçələr oğurlayıb. Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən C.Məmmədovdan həmin  külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlaa bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri davam etdirilir

0